“Qara bazar” dolları bir qədər də qaldırıb


“Qara bazar”da dolların satış qiymətinin 1.93 manata qalxdığı bildirilir.

Alverçilər dolları 1.90 manatdan alıb, 1.93 manatdan satırlar. Dünən hərracda dollar bahalaşmamışdan əvvəl “qara bazar”da dollar 1.92 manata satılırdı.
Hökumət "Qara bazar"a qarşı mübarizəni gücləndirib. İndi qanunsuz valyuta ticarətçiləri əvvəlki kimi rahat fəaliyyət göstərə bilmirlər. Bu səbəbdən də dolların "qara bazar"da qiyməti qalxır.
Artıq "qara bazar"da dollar Mərkəzi Bankın rəsmi məzənnəsindən təxminən 10% baha satılır.
Banklar dollar satışını tam dayandırıblar. Əhali ehtiyacı olan dolları ala bilmir. (Marja)



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu