Dollar 3 manat 50 qəpik ola bilər- ŞOK PROQNOZ
Bunu açıqlamasında İqtisadi və Sosial İnkişaf Mərkəzinin (CESD) analitiki Rəşad Həsənov deyib.
Onun sözlərinə görə, uzunmüddətli dövr üçün manatın məzənnəsinin hәdlәrini müəyyənləşdirmək çox çətin olacaq: “Nə qədər ki, Azərbaycan ucuz neft satacaq, o qədər də manatın məzənnəsində ucuzlaşma prosesi davam edəcək.
Çünki hazırkı neft qiymətləri tədiyə balansındakı fərqi stabilləşdirmək üçün kifayət etmir və eyni zamanda qeyri-neft sektorunun inkişaf etdiyi bir fərqi kompensasiya etməsi üçün kifayət qədər uzun müddət, hətta deyərdim ki, 10 ildən çox zaman lazımdır”.
Rəşad Həsənov 2018-ci ildə manatın məzənnəsinin 3 manat 50 qəpik olacağını deyir: “Əgər biz 2018-ci ilə bugünkü problemlər və faktorlarla girsək, o zaman başqa manat məzənnəsi qərarlaşacaq. Bu da təxminən 3 manat və 3 manat 50 qəpik səviyyəsində ola bilər”. (AzNews.az)