"TuranBank" zərər açıqladı



"TuranBank" ASC 2016-cı ili 1 milyon 398 min manat zərər ilə başa vurub.

“Marja” Bankın maliyyə hesabatlarına istinadən xəbər verir ki, ötən il TuranBank-ın cəmi gəlirləri 39 milyon 539 min manat, cəmi xərcləri isə 36 milyon 912 min manat təşkil edib. Bank 2 milyon 627 min manat əməliyyat mənfəəti əldə etsə də, aktivlər üzrə mümkün zərərlərin ödənilməsi üçün xüsusi ehtiyatın yaradılmasına təxminən 4 milyon manatlıq ayırma bankın zərəri ilə nəticələnib.

31 Dekabr 2016-cı il tarixinə Bank 528 milyon 222 min manat cəmi aktivlərə (282 milyon 486 min manatı müştərilərə verilmiş kreditlər), 468 milyon 987 min manat öhdəliklərə, 59 milyon 235 min manat cəmi kapitala malik olub.
TuranBankın hesabatları ilə daha ətraflı burdan tanış ola bilərsiniz.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, e-mail:office@afn.az




menyu
menyu