AZPROMO-nun İtaliya nümayəndəliyi yaradılıb



Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) İtaliya nümayəndəliyi yaradılıb.

Nümayəndəlik iş adamları arasında əlaqələrin, Azərbaycan məhsullarının İtaliya bazarına ixracının genişləndirilməsinə, İtaliyanın aparıcı investisiya fondlarının Azərbaycan iqtisadiyyatına cəlb olunmasına dəstək göstərəcəkdir.

Qeyd edək ki, AZPROMO Azərbaycanın biznes və investisiya mühitinin təbliği, yerli və xarici iş adamları arasında işgüzar əlaqələrin genişləndirilməsi məqsədilə 2003-cü ildə yaradılıb.
AZPROMO Azərbaycanın ixrac imkanlarının genişləndirilməsində, rəqabətqabiliyyətli məhsullarımızın xarici bazarlarda tanıdılmasında və qeyri-neft sektoruna investisiyaların cəlb edilməsində də əhəmiyyətli rol oynayır.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu