Dövlət Fitosanitar Nəzarəti Xidmətində Həmkarlar İttifaqının hesabat – seçki iclası keçirilib




Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Fitosanitar Nəzarəti Xidmətində Həmkarlar İttifaqının hesabat – seçki iclası keçirilib.

Tədbirdə Dövlət Xidmətin rəisi Camal Quliyev və Kənd Təsərrüfatı Nazirliyinin Həmkarlar İttifaqı Komitəsinin sədri Hidayət Kazımov iştirak edib.
İclası giriş sözü ilə Camal Quliyev açaraq, son dövrlərdə işçilərin sosial, iqtisadi əmək hüquqlarının qorunması sahəsində bir sıra əhəmiyyətli işlərin görüldüyünü iclas iştirakçılarının nəzərinə çatdırıb.

Xidmət rəisi respublikanın fitosanitar vəziyyətinin qorunması məqsədi ilə ciddi kadr dəyişikliyinin aparıldığını vurğulayıb.
Həmçinin gənc kadrlarda bu sahəyə marağın artırılması və sosial rifahın yaxşılaşdırılması məqsədi ilə əmək şəraitinin yaxşılaşdırılmasından, əmək haqqının artırılmasından və s. danışıb.

Kənd Təsərrüfatı Nazirliyinin Həmkarlar İttifaqı Komitəsinin sədri Hidayət Kazımov son illərdə həmkarlar ittifaqının gördüyü işlərdən və əldə etdiyi uğurlardan danışdıqdan sonra tədbir iştirakçılarını iclasın gündəliyi ilə tanış edib.

Daha sonra Xidmətin Həmkarlar İttifaqı komitəsinin sədri Xəyalə Dadaşovanın hesabatı dinlənilib. 2012-2016-cı illəri əhatə edən hesabat məruzəsi ilə çıxış edən X.Dadaşova Həmkarlar İttifaqının yaranması, keçdiyi yol və hazırki fəaliyyətini əhatə edən məlumatlar haqqında hesabat verib. X. Dadaşovanın hesabatı müsbət qiymətləndirilib.
Sonra iclasın gündəliyinə uyğun olaraq seçkilər keçirilib.

http://dfnx.gov.az



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, e-mail:office@afn.az




menyu
menyu