Korporativ idarəetmə prinsiplərinin sənaye müəssisələrində tətbiqinə dair təlim keçirilib




Aprelin 20-də İqtisadiyyat Nazirliyinin təşkilatçılığı ilə korporativ idarəetmə prinsiplərinin sənaye müəssisələrində tətbiqi ilə bağlı "Daxili nəzarət. Risklərin idarəolunması. Məsuliyyət" mövzusunda təlim keçirilib.

Sənaye müəssisələrinin nümayəndələrinin iştirakı ilə keçirilmiş tədbirdə İqtisadiyyat Nazirliyinin Korporativ idarəetmə sektorunun müdiri Anar Hacızadə və həmin sektorun əməkdaşı Tural Məmmədov daxili nəzarət və risklərin idarə olunması institutları, onların məqsəd və vəzifələri, fəaliyyət prinsipləri, risklərin növü və təsnifatlaşdırılması barədə məlumat veriblər.

Ümumilikdə, korporativ idarəetmə prinsiplərinin sənaye müəssisələrində tətbiqi ilə bağlı İqtisadiyyat Nazirliyi tərəfindən 8 mövzu üzrə təlimlərin keçirilməsi nəzərdə tutulur. Artıq 7 belə təlim keçirilib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu