"Moody's" Azərbaycanın kredit reytinqini təsdiq etdi




"Moody's" beynəlxalq reytinq agentliyi Azərbaycanın suveren kredit reytinqini əvvəlki səviyyədə təsdiq edib.



"Report" xəbər verir ki, müntəzəm olaraq reytinqlərin yenilənmə prosesinə uyğun olaraq Azərbaycanın müstəqil kredit reytinqi "Ba1", reytinq üzrə proqnoz isə "neqativ" səviyyəsində saxlanılıb.

Xatırladaq ki, agentlik Azərbaycanın kredit reytinqini 2016-cı il fevralın 5-də "Baa3"-dən "Ba1"-ə endirib, reytinq üzrə proqnozu "stabil" saxlayıb. Ötən il aprelin 29-da isə kredit reytinqi üzrə proqnoz "neqativ"ə endirilib.

Bu il fevralın 12-də Agentlik Azərbaycanın reytinqinə bir daha baxıb və onu sabit saxlayıb.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu