İnternetin qiyməti düşəcək?


Azərbaycanda regional DATA-mərkəzin istismara verilməsi internet xidmətlərinin qiymətlərinin aşağı düşməsinə imkan yaradacaq.

Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Məlumat Hesablama Mərkəzinin direktoru Nail Mərdanov Trend-ə açıqlamasında belə deyib.

Onun sözlərinə görə, regionda ən iri məlumat işləmə mərkəzinin istismara verilməsi bir çox dünya internet nəhənglərinə, sosial şəbəkə operatorları və digər beynəlxalq kampaniyalara yerli ofislər açmağa imkan verəcək: “DATA-mərkəzdə quraşdırılan serverlər trafik generasiyasını sürətləndirəcək ki, bu da istifadəçilərin kontentə çıxışını asanlaşdıracaq, internet xidmətlərinin ucuzlaşmasına xidmət edəcək”.

Qeyd edək ki, Azərbaycanda regional DATA-mərkəz bu ilin iyun ayında istifadəyə veriləcək.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, e-mail afn.news@mail.ru




menyu
menyu