Neftdən nə qədər qazanmışıq?


"2005-ci ildə BTC-dən böyük neft ixracının başlanması ilə startı verilən böyük neft gəlirlərinin axınının "qızıl dövrü"nün davam edib-etməyəcəyi neftin qiymətindən asılı olacaq. Əgər neftin qiymətinin eniş dövrünün uzunmüddətli (ən azından qarşıdakı 3-4 il) olması ilə bağlı proqnozlar özünü doğrultsa, 2014-cü il Azərbaycana böyük neft pullarının daxil olduğu sonuncu il ola bilər".

AFN xəbər verir ki, bunu öz bloqunda iqtisadçı ekspert Rövşən Ağayev yazıb. "Bu baxımdan son 10 ildə hökumətin neft gəlirlərinin statistikası ən azından tarixi baxımdan maraqlı görünür" - deyə qeyd edən ekspert daha sonra yazır: "2005-2014-cü illərdə Dövlət Neft Fondu və dövlət büdcəsi vasitəsilə hökumətin neft gəlirləri 117 milyard manat (indiki məzənnə ilə 149 milyard dollar) təşkil edib. Bu gəlirlərin 91.2 milyard manatı (indiki məzənnə ilə 116 milyard dollar) Neft Fondu vasitəsilə əldə olunub. Yerdə qalan 25.8 milyard manatın 12.4 milyard manatı SOCAR-ın, 11.6 milyard manatı xarici neft konsorsiumunun (mənfəət vergisi üzrə), 1.8 milyard manatı isə neft müqavilələr üzrə işləyən podaratçı xarici şirkətlərin gəlir, subpodartçı xarici şirkətlərin isə mənfəət və gəlir vergisinin payına düşür.
2005-2014-cü illərdə dövlət büdcəsinin gəlirləri 111.3 milyard manat olub. Bu vəsaitin 81.3 milyard manatını və ya 73.3 faizini neft gəlirləri təşkil edib. Dövlət büdcəsinə 10 il ərzində 55.5 milyard manat Neft Fondundan transfert edilib. Neft sektrorunun vegiləri isə 25.8 milyard olub".
R.Ağayev qeyd edib ki, Neft Fonduna daxil olan 91.2 milyard manatın isə 61.3 milyard manatı (67.2%) xərclənib, 29.9 milyard manatı yığıma yönəldilib. Fondun xərclənən vəsaitlərinin 55.5 milyard manatı dövlət büdcəsi, 5.8 milyard manatı isə Fondun özü vasitəsilə istifadə olunub.
"Bu gəlirlər hara xərclənib?"-deyə sual edən ekspert bu haqda ayrıca yazı yazacağını bildirib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, e-mail:office@afn.az




menyu
menyu