Neft 25 dollara qədər ucuzlaşa bilər




Gələn ilin ortalarında dünya bazarında neftin qiyməti 25 dollar/barelə düşə bilər. Bu barədə Rusiya Bankının pul-kredit siyasəti barədə hesabatında bildirilir.



Sənəddə deyilir ki, Liviya və Nigeriyanın neft ixracını artırması, Çində iqtisadi artımın zəifləməsi və ümumilikdə enerji daşıyıcılarına tələbatın azalması 2018-ci ilin ortalarında əmtəə birjalarında “qara qızıl”ın 1 barrelinin qiymətini 25 dollara endirə bilər. Bu isə öz növbəsində Rusiya iqtisadiyyatının bu ilin ortalarından başlayaraq geriləməsinə səbəb ola bilər və yalnız gələn ilin 2-ci yarısından sonra ölkə iqtisadiyyatı əvvəlki vəziyyətinə qayıtma başlaya, iqtisadi artım bərpa oluna bilər. (virtualaz.org)



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu