Mərkəzi Bank birinci rübün ödəmə balansını açıqlayıb





Mərkəzi Bank 2017-ci ilin 3 ayı üzrə ödəmə balansının göstəricilərini açıqlayıb.




AFN xəbər verir ki, bu barədə iqtisadçı ekspet Rövşən Ağayev bildirib. Onun sözlərinə görə, tədiyə balansında 2015-ci ilin 3 ayında 4.591 mlrd. USD, 2016-cı ilin 3 ayında 1270.1 mlrd. USD defisitin ardınca bu ilin yanvar-mart ayında 464 mln. USD profisit yaranıb - yəni ölkənin xarici valyutada ehtiyatları artıb:

"Cari hesablar balansının saldosu da ötən ilki 432 mln. USD mənfi rəqəmdən bu il 380 mln. USD müsbət göstərici ilə əvəzlənib.
Ölkəyə turist axınının kəskin artdığı deyilsə də, rəqəmlərdə bu özünü göstərmir. Belə ki, ötən ilin 3 ayına nisbətən turizm xidmətlərinin ixracı 28 mln. dollar (4.3%) artaraq 669 mln. USD-ə çatıb. Amma əvəzində xaricdə ölkə vətəndaşlarının turist kimi xərcləmələri daha çox artıb. Belə ki, bu ilin 3 ayında turizm xidmətlərinin idxalı 617 mln. USD olub. Bu ötən ilin göstəricisindən 87 mln. USD (16.4%) çoxdur".



Rövşən Ağayev, İqtisadçı ekspet



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu