Hərracda müxtəlif təyinatlı müəssisələrin olması investorların seçim imkanını artırır

Xəbərin çap versiyası
Tarix: 19-06-2017, 11:52    |    Xəbər oxunub: 559 dəfə
Hərracda müxtəlif təyinatlı müəssisələrin olması investorların seçim imkanını artırır




Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən 18 iyul 2017-ci il tarixində keçiriləcək yeni hərrac elan edilib. Hərraca ümumilikdə 124 əmlak çıxarılıb. Bunlardan 25-si səhmdar cəmiyyəti, 21-i kiçik dövlət müəssisə və obyekti, 73-ü istifadəsiz qeyri-yaşayış sahəsi, 5-i isə nəqliyyat vasitəsidir.



Hərraca çıxarılan kiçik dövlət müəssisəsi və obyektləri məişət, iaşə, qida, toxuculuq, təmir, sənaye və digər sahələrə aiddir. Bu əmlaklardan 4-ü paytaxtın Sabunçu rayonunda, digərləri isə Gəncə, İmişli, Şirvan, Qazax, Sumqayıt və başqa bölgələrdə yerləşir. Kiçik dövlət müəssisələrinin əksəriyyəti torpaq sahəsi ilə birgə özəlləşdirilməyə çıxarılıb.

Hərracda yüksək start qiyməti ilə seçilən əmlak İmişlidə yerləşən Yardımçı təsərrüfatdır. Adı çəkilən əmlak 375 min manata təklif olunur. Bu əmlakın topaq sahəsi isə 190 min kv.m-ə yaxındır. Ümumi faydalı sahəsi isə 533,3 kv.m dir. Bundan başqa Gəncə şəhərində yerləşən Xronika kinoteatrı torpaq sahəsi və ilkin start qiymətinə görə fərqlənir. Beləki, 978 kv.m olan əmlakın ilkin start qiyməti 139 min 500 manatdır.

Hərracda özəlləşdirməyə çıxarılan Gəncə şəhərində yerləşən Xronika kinoteatrı əlverişli biznes obyektidir. Nəzərə alsaq ki, ölkəmizdə çəkilən kinoların və izləyicilərin sayı artmaqdadır investor həmin obyektə fəaliyyəti istiqaməti üzrə vəsait yatırmaqla yaxşı gəlir əldə edə bilər.

Bundan başqa hərracda fəaliyyətini yenidən qurmaqla daha çox gəlir gətirə biləcək əmlaklar sırasında 1 saylı yeməkxananı nümunə kimi göstərmək olar. İmişlidə yerləşən həmin obyekt investorlar üçün iaşə sahəsində yaxşı qazanc deməkdir. Qiyməti isə əksər investorlar üçün münasibdir.

İstifadəsiz qeyri-yaşayış sahələrinin isə biri Gəncədə, qalanları paytaxtda yerləşir. Bu kateqoriyaya aid edilən əmlakların ümumi faydalı sahəsi 7 kv.m-lə 295 kv.m arasında dəyişir. Bu isə alıcıların seçim imkanını artıraraq onların fəaliyyətini əvvəlcədən planlaşdırmağa imkan verir.

Bu dəfəki hərraca çıxarılan səhmdar cəmiyyətləri sənaye, aqrar, nəqliyyat, məişət, inşaat, istehsal, təmir və s. sahələrə aiddir. Hərraca çıxarılan iri müəssisələr sırasında “Salyan broyler”, “Qax Taxıl”, “Ağdaş Quşçuluq”, “Yevlax Yük Avtonəqliyyat”, “Salyan Aqrotexservis” kimi müəssisələr var. Bu kateqoriyaya aid edilən səhmdar cəmiyyətlərin nizamnamə kapitalı 8 min 274 manatla 1 milyon 1294 manat arasında dəyişir.

Hərraca çıxarılan 5 nəqliyyat vasitəsi müxtəlif dövlət qurumlarının balansında olan lakin xidməti istifadədən çıxarılmış nəqliyyat vasitələridir. Hər bir nəqliyyat vasitəsinin fotosu və müvafiq məlumatlar hərrac günündən 1 ay əvvəldən komitənin özəlləşdirmə portalında əks olunur.

Hərraca çıxarılan əmlaklar haqqında ətraflı məlumatı aşağıdakı linkdən əldə etmək mümkündür. http://www.privatization.az/index.php/az/component/content/article?layout=edit&id=1973

Hərrac özündə şəffaflıq, rahatlıq, operativlik kimi prinsipləri cəmləşdirir. Belə ki, istənilən şəxsin prosesdə iştirak etməsi şəffaflığı, iştirak etmək üçün prosesin olduqca az olması rahatlığı, qalib olan şəxsə əmlakları ilə bağlı çıxarışın verilməsi isə operativliyi təmin edir.

Xatırladaq ki, vətəndaşların və potensial investorların hərracda əmlaka yiyələnməsi üçün cəmi 2 sadə prosedur kifayət edir. Bunun üçün privatization.az portalına daxil olub, əmlakı seçib sifariş vermək və 10% məbləğində behi elektron qaydada ödəmək yetərlidir. Qeyd edilməlidir ki, elektron sifarişlər hərracın keçirilməsinə 3 bank günü qalanadək verilməlidir.

Hərrac barədə ictimai məlumatlandırma Özəlləşdirmə portalı ilə bərabər, həm komitənin rəsmi saytı, həm də komitənin facebook sosial şəbəkəsindəki rəsmi səhifəsi və privatization.az səhifəsi vasitəsilə aparılır. Bundan əlavə, komitənin Özəlləşdirmə portalında onlayn məsləhət pəncərəsi vasitəsilə hərraclar və əmlaklar barədə suallar cavablandırılır.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 055 260 69 84, e-mail afn.news@mail.ru




Diqqətinizi çəkə biləcək digər xəbərlər
Əbülfəz Məlikov vasitəsilə büdcədən yayındırılan gömrük pulları 10 milyardı keçib

Əbülfəz Məlikov vasitəsilə büdcədən yayındırılan gömrük pulları 10 milyardı keçib

Bakıda sürücü qadın qəza törədərək həlak olub:

Bakıda sürücü qadın qəza törədərək həlak olub: qızı yaralanıb

Qurban Qurbanovun milli komandada maaşı məlum oldu

Qurban Qurbanovun milli komandada maaşı məlum oldu

Eldar Mahmudov Akif Çovdarovla üzləşdirilib:

Eldar Mahmudov Akif Çovdarovla üzləşdirilib: həbs yaxınlaşır

ABŞ Suriyada İŞİD-in qalıqlarından yeni ordu yaradır

ABŞ Suriyada İŞİD-in qalıqlarından yeni ordu yaradır

Mehriban Əliyeva ordenlə təltif edilib

Mehriban Əliyeva ordenlə təltif edilib

İraq:

İraq: Terrorçuluq ittihamı ilə 38 nəfər edam olunub

Müdafiə Nazirliyində geniş kollegiya iclası keçirilib

Müdafiə Nazirliyində geniş kollegiya iclası keçirilib

Piyadalar üçün cərimələr artırılsın-

Piyadalar üçün cərimələr artırılsın- TƏKLİF

Bayılda qarşıdurma-

Bayılda qarşıdurma- Eldar Əzizovdan prezidentə şikayət-VİDEO

Metrodan istifadə edənlərin sayı artıb

Metrodan istifadə edənlərin sayı artıb

Ordu, yoxsa qələm?

Ordu, yoxsa qələm?

    Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.
    Təsisçi və baş redaktor Səbuhi Qafarov, baş direktor Həbibə Abdulla.
 

Copyright © 2012-2017 AFN.az Bu layihə AFN MMC məhsuludur