İyun ayı üçün ixrac icmalı: Azərbaycandan əsas nə ixrac olunur?

Xəbərin çap versiyası
Tarix: 19-06-2017, 16:16    |    Xəbər oxunub: 696 dəfə
İyun ayı üçün ixrac icmalı:



İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin “İxrac İcmalı”nın iyun ayı üçün sayı təqdim olunub.

AFN xəbər verir ki, icmalın bu sayında 2017-ci ilin may ayında qeyri-neft sektoru üzrə 445 şirkət tərəfindən 149 milyon ABŞ dolları həcmində ixrac əməliyyatları həyata keçirilib. May ayı üzrə ixrac olunan əsas mallar pomidor, kartof, ağ şəkər, xüsusi kütləsi 0,94-dən az olan ilkin formalı polietilen, metanol (metil spirti), alüminium ərintilərindən qalınlığı 0,2 mm-dən çox olan düzbucaqlı plitələr, vərəqlər, zolaqlar, qızıl, emal olunmamış aşqarlanmamış alüminium, qabığı təmizlənmiş meşə fındığı, pambıq lifi, üzüm çaxırı, mis filizləri və konsentratları, günəbaxan və ya saflor yağı, alma, soğan və s. dir.

2017-ci ilin 5 ayı ərzində isə qeyri-neft sektoru üzrə ixrac 557 milyon ABŞ dolları olmuşdur. Bu ixrac əməliyyatlarında 1021 şirkət iştirak etmişdir. 2017-ci ilin 5 ayı ərzində qeyri-neft məhsullarının ixrac edildiyi ölkələrin siyahısında ilk beşlikdə Rusiya, Türkiyə, Gürcüstan, İsveçrə və Türkmənistan var.

“Azexport.az” portalının qeyri-neft sektoru üzrə ixraca töhfə verməsinə gəlincə isə “İxrac İcmalı”nda qeyd edilir ki, 2017-ci ilin may ayında daxil olan sifarişlərin ümumi dəyəri isə 19 milyon ABŞ dolları olmuşdur. May ayında ilk dəfə portala Slovakiya, Tayvan və Surinam Respublikasından sifarişlər daxil olub. May ayında sifarişləri məhsullar üzrə təhlil etdikdə aydın olur ki, qeyri-neft sektorunda istehsal edilən müxtəlif məhsullar - quru süd, meyvə tamlı süd, qırmızı yumurta, günəbaxan yağı, toyuq əti, armatur, yer kökü, şərab, kərə yağı, pambıq toxumu, alma, kosmetik vasitə, makaron, kərpic, nar, qaya duzu, avtomobil diaqnostika aparatı , çay, yataq dəsti, ipək xalça, mebel dəsti, mühərrik yağı, qənnadı məhsulları, boya, nar şirəsi sifariş olunanlar arasındadır.

Maraqlı nüanslardan biri isə ondan ibarətdir ki, may ayı ərzində Səudiyyə Ərəbistanı, ABŞ və Hindistandan Azexport.az portalına daxil olan ixrac sifarişlərinin sayı artıb. Səudiyyə Ərəbistanından sifarişlər çaya, qənnadı məmulatlarına, avtomobil diaqnostika aparatına və s., ABŞ-dan sifarişçilər təbii bala, fındıq ləpəsinə, nar şirəsinə, bəzəkli şüşə qablara və s., Hindistandan nar şirəsinə, konyaka və s. daxil olub.

Ümumilikdə isə Azexport.az portalına 2017-ci ilin yanvar ayında 48 milyon ABŞ dolları, fevral ayında 6.5 milyon ABŞ dolları, mart ayında 27 milyon ABŞ dolları, aprel ayında 29.9 milyon ABŞ dolları, may ayında 19 milyon ABŞ dolları dəyərində ixrac sifarişləri daxil olub. Ümumilikdə götürdükdə 2017-ci ilin 5 ayı ərzində Azexport.az portalına 45 ölkədən 130 milyon ABŞ dolları məbləğində ixrac sifarişləri daxil olub.

“İxrac İcmalı”nın müntəzəm olaraq, yayımı nəzərdə tutulub. İcmalın məqsədi sahibkarları ixracla bağlı maarifləndirməyə, yerli malların ənənəvi və yeni bazarlara çıxarılması imkanlarını artırmağa və beynəlxalq bazarlara inteqrasiya prosesini sürətləndirməyə xidmət edir. “İxrac İcmalı”ı ilə www.iqtisadiislahat.org saytının İcmallar bölümündə tanış olmaq mümkündür.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 055 260 69 84, e-mail afn.news@mail.ru




Diqqətinizi çəkə biləcək digər xəbərlər
Əbülfəz Məlikov vasitəsilə büdcədən yayındırılan gömrük pulları 10 milyardı keçib

Əbülfəz Məlikov vasitəsilə büdcədən yayındırılan gömrük pulları 10 milyardı keçib

Bakıda sürücü qadın qəza törədərək həlak olub:

Bakıda sürücü qadın qəza törədərək həlak olub: qızı yaralanıb

Qurban Qurbanovun milli komandada maaşı məlum oldu

Qurban Qurbanovun milli komandada maaşı məlum oldu

Eldar Mahmudov Akif Çovdarovla üzləşdirilib:

Eldar Mahmudov Akif Çovdarovla üzləşdirilib: həbs yaxınlaşır

ABŞ Suriyada İŞİD-in qalıqlarından yeni ordu yaradır

ABŞ Suriyada İŞİD-in qalıqlarından yeni ordu yaradır

Mehriban Əliyeva ordenlə təltif edilib

Mehriban Əliyeva ordenlə təltif edilib

İraq:

İraq: Terrorçuluq ittihamı ilə 38 nəfər edam olunub

Müdafiə Nazirliyində geniş kollegiya iclası keçirilib

Müdafiə Nazirliyində geniş kollegiya iclası keçirilib

Piyadalar üçün cərimələr artırılsın-

Piyadalar üçün cərimələr artırılsın- TƏKLİF

Bayılda qarşıdurma-

Bayılda qarşıdurma- Eldar Əzizovdan prezidentə şikayət-VİDEO

Metrodan istifadə edənlərin sayı artıb

Metrodan istifadə edənlərin sayı artıb

Ordu, yoxsa qələm?

Ordu, yoxsa qələm?

    Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.
    Təsisçi və baş redaktor Səbuhi Qafarov, baş direktor Həbibə Abdulla.
 

Copyright © 2012-2017 AFN.az Bu layihə AFN MMC məhsuludur