Ağsuda sahibkarlar üçün treninq keçirilib





İyunun 22-də İqtisadiyyat Nazirliyinin Bakı Biznes Tədris Mərkəzi Ağsuda sahibkarlar və sahibkarlıq fəaliyyətinə yeni başlayanlar üçün treninq keçirib.



AFN xəbər verir ki, “Made in Azerbaijan” brendinin yaradılması və inkişafı”, “İnvestisiya təşviqi sənədinin verilməsi Qaydası” mövzularını əhatə edən treninqdə biznesin təşkili və səmərəli idarə edilməsi, brendləşmənin xüsusiyyətləri, “Made in Azerbaijan” brendinin yaradılması, məhsulların keyfiyyətinin yüksəldilməsi, investisiya təşviqi sənədinin alınması üçün investisiya layihəsinin (biznes planın) tərtib edilməsi, investisiya təşviqi sənədini almış sahibkarlara texnikanın, texnoloji avadanlıqların və qurğuların idxalı üçün təsdiqedici sənədin verilməsi qaydası və s. barədə ətraflı məlumatlar iştirakçıların diqqətinə çatdırılıb. Treninq iştirakçıları həmçinin, apellyasiya şuraları, sahibkarların təkrar şikayətlərinə baxılması prosedurları, İqtisadiyyat Nazirliyi tərəfindən göstərilən elektron xidmətlər barədə məlumatlandırılıblar. Tədbir çərçivəsində mövzular üzrə təqdimatlar keçirilib, iştirakçıları maraqlandıran suallar cavablandırılıb.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu