KİV: “Qazprom” Türkiyəni tərk edir




Rusiyanın dünya nəhəngi “Qazprom” şirkəti Türkiyənin daxili bazarını tərk etmək niyyətindədir. “Kommersant” qəzeti belə bir iddia ilə çıxış edib.

Nəşrin bildirdiyinə görə, “Qazprombank” 40%-nə sahib olduğu “Promak” şirkətindən çıxışının son mərhələsindədir. Öz növbəsində, “Promak” Rusiya qazının Türkiyəyə nəql olunması ilə məşğul olan iki şirkətdə nəzarət səhm zərfinin sahibidir.

Mənbəyə görə, 2014-cü ildə “Qazprombank” “Promak”da əsas paya sahib olmağa və bununla da Türkiyənin qaz bazarının 16%-nə yiyələnmək fikrində idi. Lakin Rusiya ilə Türkiyə arasında münasibətlərin soyuduğu dövrdə - 2015-ci ildə “Qazprombank” yerli bazarda işləmək fikrinə düşdü. Bundan əlavə, bankın birgə müəssisədəki türk tərəfdaşı “Akfel Holding” FETÖ şəbəkəsi ilə əlaqələrdə şübhəli bilinərək, milliləşdirildi.

“Promak”dakı payından savayı, “Qazprom” Türkiyənin “Bosphorus gas” şirkətində malik olduğu 71%-lik payı da satmaq niyyətindədir. Belə olan halda Rusiya şirkətinin Türkiyə bazarında iştirakı sıfıra enəcək. (Virtualaz)



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu