Avronun məzənnəsi 88 qəpiyə düşdü


Azərbaycanda avronun məzənnəsi növbəti psixoloji həddi keçib.

Fins.az-ın məlumatına görə, Azərbaycan Mərkəzi Bankının yanvarın 26-sı üçün açıqladığı rəsmi məzənnələrində 1 avronun məzənnəsi 87,7 qəpik həddində müəyyənləşib. Qeyd edək ki, Avropadakı iqtisadi böhran səbəbindən avronun məzənnəsi son aylar sürətlə enir. Təkcə bu ilin əvvəlindən indiyədək avronun məzənnəsi təqribən 6,4% ucuzlaşaraq 0,937 manatdan 0,877 manata enib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu