Sərnişin daşınmasında və əsas istehlak mallarının qiymətində bahalaşma olacaq- ekspert




"Bu gündən “Aİ-92” markalı avtomobil benzininin pərakəndə satış qiyməti 1 litr üçün 90 qəpik müəyyən olunub. Bu artım yallnız "Aİ-92” markalı avtomobil benzinlə məhdudlaşmayacaq, digər markalı benzinin və dizel yanacağının qiymətində də bahalaşma olacaq. Benzinin qiymət bahalaşmasının ikili -psixoloji (panik) və iqtisadi (məsrəf artırıcı) təsirləri olacaq".

AFN xəbər verir ki, bunu iqtisadçı ekspert Qubad İbadoğlu deyib. Onun sözlərinə görə, psixoloji təsirlər qısa, iqtisadi təsirlər isə uzunmüddətli və davamlıdır: "Benzinin qiyməti kəskin artdığı halda nəqliyyat tariflərinin stabil saxlanılması “mümkün deyil”. Odur ki, ilk növbədə xüsusi (taksi) və ictimai nəqliyyatda (şəhərdaxili və şəhərlərarası avtobuslarda) sərnişin daşınmasında gediş haqları qalxacaq. Bununla yanaşı, avtomobil, hava və dəniz nəqliyyatında daşınma xərclərinin artması əsas istehlak mallarının qiymətinin bahalaşmasında hərəkətverici rol oynacaq. Beləliklə də ilin ikinci yarısında inflyasiya proseslərini daha da sürətləndirəcək. Məlumat üçün qeyd edim ki, cari ilin birinci yarısında inflyasiya 13,9 faiz olub".
Xatırladaq ki, Tarif Şurası benzinin qiymətinin artırılmasının əsas kimi SOCAR-ın ixrac imkanlarını məhdudlaşdırması və xarici valyuta gəlirlərinin azalmasını göstərib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu