SOCAR-ın 7 milyard dollara yaxın borcu var


Dövlət Neft Şirkəti (SOCAR) həyata keçirdiyi layihələrə görə maliyyə təşkilatlarına olan borcunu açıqlayıb.

AFN.az fins.az-a istinadən xəbər verir ki, bu barədə şirkətin iqtisadi məsələlər üzrə vitse-prezidenti Süleyman Qasımov jurnalistlərə açıqlamasında bildirib. Onun sözlərinə görə, SOCAR-ın konsilidə olunmuş borcu 1 yanvar 2015-ci il tarixinə 7 milyard dollara yaxındır: “Bu vəsait böyük görünsə də, SOCAR-ın maliyyə strategiyasına uyğun bir borclanmadır. Çünki bu borclanmaya audit şirkətləri tərəfindən ciddi nəzarət olunur. Eyni zamanda bu, SOCAR-ın borclandığı digər borc verənlər qarşısında da müəyyən məhdudiyyətlərə cavab verir”.
Süleyman Qasımov deyib ki, yığılmış borcların 1,5 milyard dolları uzunmüddətli - 10 illik bondlardır: “5 illik borc 500 milyon dollardır. 1 milyard dollar isə SOCAR - Treyder şirkətinin qısamüddətli borclanmasıdır. Bu da üçüncü tərəflər arasında neftin alınması və satılmasından yaranan qısamüddətli borclanmadır. 1 milyard dollar isə Türkiyədə həyata keçirdiyimiz layihələrə görə borclanmadır ki, bunlar da “Petkim” şirkətinin öz səhmləri hesabına qaytarılacaq. Düşünürük ki, təqribən 1 milyar dollara qədər də zaman-zaman “Azəri-Çıraq-Günəşli”də müəyyən faiz payın alnmasına, Bakı Gəmiqayırma zavodunun tikintisinə Neft Fondundan kreditlər cəlb edilib. Onu deyim ki, ümumi kredit borcları idarə olunur, vaxtlı-vaxtında faizləri ödənilir. Bunun özü də - şirkətə 15 illik bondların verilməsi də investorlar tərəfindən SOCAR-a etibarlı tərəfdaş kimi yanaşılmasını göstərir”.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu