Çoxmənzilli binaların idarə olunmasında yeni üsulların tətbiqi genişlənir




İqtisadiyyat Nazirliyi tərəfindən mənzil-kommunal sahəsində qanunvericiliyin, formalaşmaqda olan yeni münasibətlərin, habelə mənzil fondunun idarə olunmasında yeni üsulların tətbiqi istiqamətində maarifləndirmə və təbliğat işləri aparılır, yerli icra hakimiyyəti orqanları və bələdiyyə nümayəndələrinin, sahə mülkiyyətçilərinin iştirakı ilə tədbirlər təşkil edilir, mənzil mülkiyyətçiləri ilə mütəmadi görüşlər keçirilir.



Aparılan maarifləndirmə işlərinin və sahə mülkiyyətçilərinin binaların idarə olunmasında marağının artmasının nəticəsi olaraq, Bakı şəhərinin və Abşeron rayonunun ayrı-ayrı ünvanlarında yerləşən çoxmənzilli binalarda yaradılan mənzil mülkiyyətçiləri müştərək cəmiyyətlərinin (MMMC) sayı artır. Artıq 53 MMMC Ədliyyə Nazirliyi tərəfindən dövlət qeydiyyatına alınıb.

Çoxmənzilli binalarda MMMC-lərin yaradılmasının dəstəklənməsi istiqamətində işlər davam etdirilir.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu