Mərkəzi Bank uçot dərəcələri ilə bağlı qərar verdi




Mərkəzi Bankının İdarə Heyəti avqustun 1-də uçot dərəcəsinin 15% səviyyəsində və faiz dəhlizinin digər parametrlərinin (dəhlizin aşağı həddi 10%, yuxarı həddi 18%) dəyişməz saxlanılması barədə qərar qəbul edib. Bu barədə virtualaz.org AMB-dən məlumat veriblər.

Xəbərdə deyilir ki, xarici balansın yaxşılaşması şəraitində valyuta bazarının tarazlığı təmin olunur və manatın məzənnəsi sabitdir. Qeyd olunan meyillər fonunda fiskal və maliyyə sektorunun likvidliyinin idarə edilməsi məqsədilə Mərkəzi Bank öz balansını bir qədər genişləndirmiş və iqtisadiyyata pul təklifini artırıb. İnflyasiya gözləntilərinin nisbətən səngiməsi davam etsə də inflyasiya ilə əlaqəli, xüsusilə təklif və struktur xarakterli risklər tam aradan qalxmayıb.

Dövlət Statistika Komitəsinin məlumatlarına əsasən, cari ilin I yarısında orta illik inflyasiya 13.9% təşkil edib. Orta illik əsasda ərzaq qiymətləri 18.1%, qeyri-ərzaq qiymətləri 12.4%, xidmətlər isə 9.4% dəyişib. Aylıq inflyasiya səviyyəsində mövsümi azalmaya və inflyasiya gözləntilərinin nisbətən səngiməsinə baxmayaraq hələ ki, inflyasiya üzərində qısa və orta müddətli risk amilləri tam neytrallaşmayıb.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu