Azexport Azərbaycan mallarını Amazona çıxarır




Azexport Azərbaycan məhsullarının dünyanın aparıcı elektron ticarət portallarında təqdim edilməsi istiqamətində fəaliyyətini davam etdirir.



Azexportun Amazon-la əməkdaşlığı çərçivəsində "Fulfillment by Amazon" (FBA) xidməti indi Azərbaycanlı iş adamlarına da əlçatan oldu. Amazon FBA xidməti sahibkarlarımıza məhsullarını ABŞ-da yerləşən 100-dən artıq anbarlarda yerləşdirmə, saxlanma, qablaşdırma və çatdırılma xidməti təklif edir. Maraqlı olan iş adamları Azexporta (azexport.az) müraciət edə bilərlər.

Qeyd edək ki, Amazon.com dünyada İnternet üzərindən satışları həyata keçirən ən irimiqyaslı portaldır. Azexport portalı həmçinin Alibaba, e-Bay və Allbiz kimi iri portallara da inteqrasiya olunub, Azərbaycan məhsullarını bütün dünyaya sərgiləyir.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu