İyulda 195-2 Çağrı Mərkəzinə 930-dan çox müraciət daxil olub

Xəbərin çap versiyası
Tarix: 8-08-2017, 13:39    |    Xəbər oxunub: 555 dəfə
İyulda 195-2 Çağrı Mərkəzinə 930-dan çox müraciət daxil olub


2017-ci ilin iyul ayında İqtisadiyyat Nazirliyinin Çağrı Mərkəzinə 930-dan çox müraciət daxil olub. Bu müraciətlərin 730-dan çoxu canlı rejimdə, 190-dan çoxu isə səsli menyu vasitəsilə cavablandırılıb. Ümumilikdə isə, fəaliyyətə başladığı 2009-cu ildən indiyədək Çağrı Mərkəzinə 69 minə yaxın müraciət daxil olub.



Ötən ay ərzində daxil olan müraciətlər əsasən, sahibkarlıq, güzəştli kreditlərin əldə olunması, lisenziyaların verilməsi, istehlakçıların qanuni hüquqlarının müdafiəsi, İqtisadiyyat Nazirliyi tərəfindən qrant müqavilələrinin qeydə alınması qaydaları, investisiya təşviqi sənədinin verilməsi, qeyri-neft məhsullarının ixracının dəstəklənməsi mexanizmləri, “Made in Azerbaijan” brendinin təşviqi və Nazirliyin səlahiyyətlərinə aid digər məsələləri əhatə edib.

Çağrı Mərkəzinə daxil olmuş bütün müraciətlər operativ şəkildə cavablandırılıb, xüsusi araşdırma tələb edən müraciətlər isə qanunvericiliyə uyğun olaraq müvafiq tədbirlər görülməsi məqsədilə Nazirliyin aidiyyəti strukturlarına təqdim edilib. Nazirliyin səlahiyyətlərinə aid olmayan müraciətlər isə daha ətraflı cavablandırılması məqsədilə aidiyyəti üzrə yönəldilib.

Məlumat üçün qeyd edək ki, 195-2 Çağrı Mərkəzi İqtisadiyyat Nazirliyinin fəaliyyəti ilə bağlı müraciətləri birbaşa və ya qanunamüvafiq qaydada araşdırılmadan sonra cavablandırır, məlumatlandırma və məsləhət xidməti göstərir. Vətəndaşlar 195-2 Çağrı Mərkəzi xidmətinin səsli menyusundan istifadə etməklə Sahibkarlığa Kömək Milli Fondunun vəsaitlərindən istifadə, İqtisadiyyat Nazirliyi tərəfindən verilən lisenziyalar, investisiya təşviqi sənədinin verilməsi, hüquqi şəxslərə və fərdi sahibkarlara texnikanın, texnoloji avadanlıqların və qurğuların idxalı üçün təsdiqedici sənədin verilməsi, İqtisadiyyat Nazirliyi tərəfindən qrant müqavilələrinin (qərarların) qeydə alınması, sahibkarlıq sahəsində qanunvericiliyə uyğun olaraq həyata keçirilən yoxlamaların dövlət tənzimlənməsi və istehlakçıların qanuni hüquqlarının müdafiəsi barədə ümumi məlumatlar əldə edə bilər.

Xüsusi avadanlıqlarla və avtomatlaşdırılmış sistemlə təchiz olunmuş müasir xidmət zalında fəaliyyət göstərən Çağrı Mərkəzi ilə ölkə ərazisində bütün sabit və mobil telefonlardan istifadə etməklə birbaşa əlaqə saxlamaq mümkündür. Stasionar telefonlardan daxil olan bütün zənglər və 195-2 tərəfindən göstərilən bütün xidmətlər ödənişsizdir.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 055 260 69 84, e-mail afn.news@mail.ru




Diqqətinizi çəkə biləcək digər xəbərlər
Roberto Karlos həbs edildi

Roberto Karlos həbs edildi

Sutka ərzində havadakı toz-duman çəkiləcək

Sutka ərzində havadakı toz-duman çəkiləcək

Dolların məzənnəsi dəyişmədi

Dolların məzənnəsi dəyişmədi

ABŞ sakini lotereyada 760 milyon dollar udub

ABŞ sakini lotereyada 760 milyon dollar udub

Torpaqların icarə və istifadəsinə ƏMDK-nın rəyi lazım olacaq

Torpaqların icarə və istifadəsinə ƏMDK-nın rəyi lazım olacaq

Sabaha olan hava

Sabaha olan hava PROQNOZU

“Nar Home” TV xidməti sərfəli kampaniyalar təklif edir

“Nar Home” TV xidməti sərfəli kampaniyalar təklif edir

Nazirin Astarada keçiriləcək vətəndaş qəbulunun vaxtı dəyişdirildi

Nazirin Astarada keçiriləcək vətəndaş qəbulunun vaxtı dəyişdirildi

"Qarabağ"ı Bakıda belə qarşıladılar- VİDEO

Piyadanı vurub qaçan sürücü tutuldu

Piyadanı vurub qaçan sürücü tutuldu

Ermənistan ordusunda homoseksuallıq:

Ermənistan ordusunda homoseksuallıq: Gənc əsgərləri zorlayırlar

Prezidentin köməkçisi “Qarabağ”ın qələbəsindən yazdı

Prezidentin köməkçisi “Qarabağ”ın qələbəsindən yazdı

    Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.
    Təsisçi və baş redaktor Səbuhi Qafarov, baş direktor Həbibə Abdulla.
 

Copyright © 2012-2017 AFN.az Bu layihə AFN MMC məhsuludur