Vergi uçotundan yayınma hallarının qarşısı alınıb

Xəbərin çap versiyası
Tarix: 9-08-2017, 15:51    |    Xəbər oxunub: 659 dəfə
Vergi uçotundan yayınma hallarının qarşısı alınıb


Vergi Məcəlləsinə edilmiş dəyişikliklərə əsasən, 2017-ci ilin aprel ayının 1-dən etibarən sahibkarlıq subyektləri arasında mal, iş və xidmətlər üzrə əməliyyatların rəsmiləşdirilməsi zamanı elektron qaimə-fakturalar tətbiq edilir. Ötən müddət ərzində “Nağdsız hesablaşmalar haqqında” Azərbaycan Respublikası Qanunun qüvvəyə minməsi, elektron qaimə-faktulaların tətbiqi, əməliyyatların şəffaflaşdırılması və vergi uçotunun bərpasını nəzərdə tutan dəyişikliklərlə bağlı vergi ödəyiciləri arasında geniş məlumatlandırma işləri aparıb və görüşlər keçirilib.

Vergilər Nazirliyinin Media və Kommunikasiya Mərkəzindən AFN-ə verilən məlumata görə, bunlarla yanaşı, vergi qanunvericiliyinin tələblərinə əməl edilməsi vəziyyətinin nəzarətdə saxlanılması üçün Vergilər Nazirliyində yaradılmış müvafiq məlumat bazalarında sözügedən dəyişikliklərlə əlaqədar məlumatlar mütəmadi olaraq araşdırılır, riskli vergi ödəyiciləri müəyyən edilir və həmin vergi ödəyiciləri üzrə nəzarət tədbirləri həyata keçirilir.

Vergilər Nazirliyi tərəfindən iyul ayı ərzində həyata keçirilən araşdırmalar zamanı vergi ödəyiciləri tərəfindən aparılan əməliyyatlarda kifayət qədər risklər yaranması halları aşkar edilib. Belə ki, bəzi vergi ödəyiciləri tərəfindən təqdim edilmiş mallara (işlərə, xidmətlərə) görə elektron qaimə-fakturaların verilmədiyi, malların (işlərin, xidmətlərin) satılmasına baxmayaraq, həmin əməliyyatlara görə vergilərin dövlət büdcəsinə ödənilmədiyi, satışdan əldə edilmiş pul vəsaitlərinin uçota alınmadığı, “Nağdsız hesablaşmalar haqqında” Qanunun tələblərinə əməl edilmədiyi və bir sıra pozuntulara yol verildiyi müəyyən edilib. Bəzi hallarda isə vergi ödəyiciləri heç bir təsərrüfat subyektləri (anbarı, mağasazı və s.) olmadığı halda, aldıqları (idxal etdikləri) malların satışını vergiyə cəlb etməyərək, həmin malları “mal qalığı” kimi göstərirlər.

Qeyd olunanlarla əlaqədar, Vergilər Nazirliyi yanında Lokal Vergilər Departamenti tərəfindən Bakı şəhərində fəaliyyət göstərən bir neçə riskli vergi ödəyicilərində malların elektron qaimə-faktura tətbiq etməklə həyata keçirilməsinə, malların və pul vəsaitinin uçotdan gizlədilməsi və ya uçota alınmaması hallarına, eləcə də nağdsız hesablaşmaların həyata keçirilməsi ilə bağlı qanunla müəyyən olunmuş tələblərə əməl olunmasına nəzarət edilməsi məqsədi ilə operativ vergi nəzarəti həyata keçirilib. Bu tədbirlərin əsas məqsədi, vergi ödəyicilərində şəffaf vergi uçotunun qurulması və vergi öhdəliklərinin yerinə yetirilməsinə nail olmaqdır.

Cari ilin iyul ayı ərzində həyata keçrirlmiş tədbirlər nəticəsində ümumilikdə 10 milyon 529 min manat dəyərində mal-materialın əskik gəldiyi (mövcud olmadığı), yəni vergi ödəyiciləri tərəfindən satılmasına baxmayaraq, satışdan əldə olunan gəlirin müvafiq vergi bəyannamələrində əks etrilmədiyi və vergidən yayındırıldığı, 885,2 min manat məbləğində mal-materialın isə uçotsuz, yəni sənədsiz olduğu müəyyən edilib.

Həyata keçirilmiş yoxlamalar nəticəsində dövlət büdcəsindən yayındırılmış 1 milyon 916 min manat məbləğində ƏDV-nin vergi bəyannamələrində bərpa edilməsi üçün müvafiq tədbirlər görülüb.

Vergilər Nazirliyi xəbərdarlıq edir ki, maliyyə sanksiyalarına və cərimələrə məruz qalmamaq üçün, vergi ödəyiciləri şəffaf vergi uçotunun qurulması, malların (işlərin, xidmətlərin) alışı və satışının qanunvericiliyin tələblərinə uyğun rəsmiləşdirilməsi və “Nağdsız hesablaşmalar haqqında” Qanunun tələblərinə ciddi əməl edilməsini təmin etməlidirlər.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 055 260 69 84, e-mail afn.news@mail.ru




Diqqətinizi çəkə biləcək digər xəbərlər
Rusiya telekanalında azərbaycanlı və erməni ekspertlər əlbəyaxa oldu-

Rusiya telekanalında azərbaycanlı və erməni ekspertlər əlbəyaxa oldu- VİDEO

Azərbaycan Mərkəzi Bankı dolların məzənnəsi barədə

Azərbaycan Mərkəzi Bankı dolların məzənnəsi barədə

Bakıda əməliyyat:

Bakıda əməliyyat: "Polkovnik" tutuldu

Parisdə Ermənistan səfirliyi qarşısında azərbaycanlı girovlarla bağlı aksiya keçirilib

Parisdə Ermənistan səfirliyi qarşısında azərbaycanlı girovlarla bağlı aksiya keçirilib

Azercell-in prezidenti Bakı Mühəndislik Universitetində tələbələrlə görüşüb-

Azercell-in prezidenti Bakı Mühəndislik Universitetində tələbələrlə görüşüb- FOTOLAR

“Kanal 13”ün rəhbərinə hökm oxunub

“Kanal 13”ün rəhbərinə hökm oxunub

“AAAF Park”da 120 ailə soyuqdan donur

“AAAF Park”da 120 ailə soyuqdan donur

Eldar Mahmudov yenə istintaqa çağırıldı, 1 milyard dollara görə dindirildi

Eldar Mahmudov yenə istintaqa çağırıldı, 1 milyard dollara görə dindirildi

Müdafiə nazirinin müavini deputatlara və mediaya çağırış edib

Müdafiə nazirinin müavini deputatlara və mediaya çağırış edib

Rusiyanın tanınmış jurnalisti və eksperti Mətbuat Şurasında olub

Rusiyanın tanınmış jurnalisti və eksperti Mətbuat Şurasında olub

Yanvarda maaş və pensiyalar artacaq-

Yanvarda maaş və pensiyalar artacaq- RƏSMİ

Deputat:

Deputat: "Mətbuata ordudan yazmağı qadağan etmək doğru deyil"

    Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.
    Təsisçi və baş redaktor Səbuhi Qafarov, baş direktor Həbibə Abdulla.
 

Copyright © 2012-2017 AFN.az Bu layihə AFN MMC məhsuludur