Azərbaycanın xarici dövlət borcu 7,173 milyard dollara çatdı




Azərbaycan Respublikasının xarici dövlət borcu 1 iyul 2017-ci il tarixinə 7172,6 mln. ABŞ dolları (12208,5 mln. manat), xarici dövlət borcunun ümumi daxili məhsula (ÜDM) olan nisbəti isə 18,9% təşkil edib.

"Report"un Maliyyə Nazirliyinə istinadən verdiyi xəbərə görə, cari ilin əvvəlinə nisbətən borcun həcmi 3,75% artıb, onun ÜDM-ə nisbəti isə 1,5 faiz bəndi azalıb.

Qeyd olunur ki, borca hökumətin birbaşa öhdəlikləri və dövlət zəmanətilə cəlb edilmiş kreditlər üzrə şərti öhdəliklər daxil edilib. Xarici dövlət borcu əsasən beynəlxalq maliyyə institutlarının kredit proqramlarından və infrastruktur layihələrindən, həmçinin beynəlxalq maliyyə bazarlarında yerləşdirilmiş qiymətli kağızlardan ibarətdir.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu