Azərbaycan və Moldova arasında patent sahəsində əməkdaşlıq Memorandumu imzalanıb




Azərbaycan Respublikası "Patent və Əmtəə Nişanları Mərkəzi" publik hüquqi şəxs və Moldova Respublikası Əqli Mülkiyyət üzrə Dövlət Agentliyi arasında əməkdaşlıq Memorandumu imzalanıb. Memorandumu Azərbaycan Respublikası tərəfindən "Patent və Əmtəə Nişanları Mərkəzi" publik hüquqi şəxsin baş direktoru v.i.e. Günel Sevdimalıyeva, Moldova Respublikası tərəfindən isə Əqli Mülkiyyət üzrə Dövlət Agentliyinin baş direktoru Lilia Bolocan imzalayıblar.



Memorandumda tərəflər arasında təcrübə mübadiləsi, xüsusiləşdirilmiş əqli mülkiyyət xidmətlərinin müştərilərə çatdırılmasında əməkdaşlıq, sənaye mülkiyyəti və onun gələcək inkişafı ilə bağlı qanunvericilik üzrə məlumat mübadiləsi, əqli mülkiyyət üzrə maarifləndirmə tədbirlərində iştirak, birgə konfranslar, simpoziumlar, seminarlar və sənaye mülkiyyətinə aid digər növ tədbirlərin təşkili imkanlarının araşdırılması, coğrafi göstəricilərin mühafizəsi sisteminin təşviqi və dəstəklənməsi, coğrafi göstəricilərin mühafizəsi sahəsində biliklərin artırılması, iki ölkənin elmi-tədqiqat qurumları, müəssisələri və digər əqli mülkiyyət sahibləri arasında əqli mülkiyyət hüquqlarının təşviqi sahələri üzrə əməkdaşlıq aparılması nəzərdə tutulub.

Mərkəzin əməkdaşları Moldovaya səfər çərçivəsində Əqli Mülkiyyət üzrə Dövlət Agentliyinin yaranmasının 25 illik yubileyi ilə əlaqədar təşkil olunmuş beynəlxalq konfransda da iştirak ediblər. Tədbirdə ölkələr arasında ikitərəfli münasibətlərin mövcud vəziyyəti və əməkdaşlığın gələcək inkişaf istiqamətləri barədə müzakirələr aparılıb.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu