Elman Rüstəmov manatla bağlı vacib açıqlama verdi




"Qısa müddət ərzində milli iqtisadiyyat 3 dəfədən çox böyüyüb".



Bunu Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Elman Rüstəmov deyib.

Onun sözlərinə görə, son illər ölkədə yoxsulluq səviyyəsi 10 dəfə azalıb: "Son 8 ayda Azərbaycanın strateji valyuta ehtiyatları 12% artıb. Bu ilin I yarısında Azərbaycanın tədiyyə balansında ümumi daxili məhsulun 2,5%-i qədər profisit yaranıb. Valyuta bazarı tarazlaşıb, milli valyutanın məzənnəsi sabitləşib. İqtisadi subyektlərdə nikbinlik və müsbət gözləntilər yaranıb".

E.Rüstəmov onu da bildirib ki, Dünya Bankı bu günə qədər Azərbaycanda 50-dən artıq layihəyə 3,5 mlrd. dollar vəsait ayırıb. Hazırda qurumun ölkədə ümumi dəyəri 1,1 mlrd. dollardan çox olan 11 aktiv layihəsi var".

AMB sədrinin sözlərinə görə, Azərbaycan, Dünya Bankı qrupuna daxil olan Beynəlxalq Maliyyə Korporasiyası (IFC) ilə də uğurlu əməkdaşlıq edir: "Bunun nəticəsidir ki, IFC Azərbaycana 0,5 mlrd. dollar yardım ayırıb". (report)



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu