MDB məkanında daha bir ilk: gələn il Bakıda növbəti beynəlxalq konfrans keçiriləcək




Bakı MDB məkanında daha bir ilkə atır - gələn ilk ölkəmizin paytaxtı növbəti mötəbər beynəlxalq tədbirə ev sahibliyi edəcək. AFN xəbər verir ki, 2018-ci ilin may ayında MDB məkanında ilk dəfə Beynəlxalq Limanlar Assosiasiyasının (IAPH) illik konfransı Azərbaycanda keçiriləcək.

“Gələcəyin limanları: Mərkəzlərin yaradılması, bağlılığın sürətləndirilməsi” adı altında baş tutacaq konfrans bu sahədə tanınan dünya liman rəhbərləri, ekspertlər, logistika və daşımaçılıq sahəsində çalışan yüzlərlə mütəxəssisi Azərbaycana və Bakı Limanına cəlb edəcək. Ölkəmizə təşrif buyuran qonaqlar həm də odlar yurdunun ən səfalı guşələrinə səfər edəcək, xalqımızın adət-ənənələri, mədəniyyəti ilə tanış olacaq, qonaqpərvərliyimizi yaxından hiss edəcəklər.

Aşağıdakı video reportaj 2017-ci ildə İndoneziyanın Bali adasında keçirilmiş konfransın gündəliyi və Bakı Limanının nümayəndə heyətinin qatıldığı görüşləri, imzalanan sənədləri və digər çıxışları əhatə edir.



Nəzərinizə çatdırırıq ki, Beynəlxalq Limanlar Assosiasiyasının Bali toplantısı zamanı Azərbaycan Respublikasının birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın salamlama məktubu tədbir iştirakçılarının diqqətinə çatdırılıb. Bakı Limanı konfransda ayrıca stendlə iştirak edib. Konfrans çərçivəsində Bakı Limanı ilə İndoneziya Liman Korporasiyası arasında anlaşma memorandumu imzalanıb.
Beynəlxalq Limanlar Assosiasiyası 1955-ci ildə yaradılıb və dünyanın 90 ölkəsinin 180 limanı bu qurumun üzvüdür. Qurumun illik konfransları böyük liman şəhərlərində keçirilir. Təşkilatın illik konfransları 2013-cü ildə ABŞ-ın Los Angeles şəhərində, 2014-cü ildə Avstraliyanın Sidney şəhərində, 2015-ci ildə Almaniyanın Hamburq şəhərində, 2016-cı ildə Panama Respublikasının Panama şəhərində, 2017-ci ildə İndoneziyanın Bali adasında keçirilib. 2018-ci ildə Azərbaycanda Bakı Limanının ev sahibliyi ilə baş tutacaq illik konfrans 2019-cu ildə Çinin tanınmış limanı Quanju şəhərində keçiriləcək.

Tədbir haqqında əlavə məlumat almaq üçün www.iaphbaku2018.com saytına daxil ola bilərsiniz.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu