«B.EST Solutions» Aİ-nin FutureTrust layihəsinin üzvü seçildi




«B.EST Solutions» Azərbaycan şirkəti Avropa İttifaqı bazarında və onun hüdudlarında elektron tranzaksiyalar (eIDAS) üçün elektron identifikasiya və etibarlılıq xidmətləri məsələlərinin təcrübi baxımdan nizamlanmasının dəstəklənməsinə istiqamətlənmiş FutureTrust Avropa layihəsinin assosiativ üzvü oldu. Bu layihə Avropa İttifaqının Araşdırma və İnnovasiya Çərçivə Proqramı (Horizon 2020) tərəfindən maliyyələşdirilir.



FutureTrust layihəsinin əsas məqsədi layihə iştirakçılarına hərtərəfli dəstək göstərməklə Avropa üçün etibarlılıq infrastrukturunun kompleks, çevik, konfidensial və əlyetərli olan komponentlərinin hazırlanmasından ibarətdir. Layihə bütün maraqlı tərəflər üçün əhəmiyyətli resurs olmalıdır. FutureTrust-ın assosiativ partnyorları isə elektron identifikasiya və etibarlılıq servisləri sahəsində fundamental tədqiqatlar bazasına əlyetərlilik əldə edirlər. Layihənin assosiativ üzvləri öz növbəsində praktiki həllərdə elektron rəqəmsal imza və mobil elektron imza texnologiyasının istifadəsini asanlaşdıran açıq kodlu proqram təminatının komponentlərini təqdim etməklə müvafiq sahələrdə standartlaşdırma prosesinin dəstəklənməsində fəal iştirak etməyi öhdələrinə götürürlər.

Xüsusilə FutureTrust layihəsi mövcud olan Avropa infrastrukturunu “Etibarlılığın qlobal siyahısı”nı genişləndirəcək, açıq kodla etibarlılığın yoxlanılmasının kompleks xidmətini, eləcə də elektron imzalar və möhürlərin iri miqyaslı xidmətini işləyib hazırlayacaq. Eyni zamanda Avropa İttifaqı ölkələri və bu İttifaqa daxil olmayan ölkələr arasında elektron rəqəmsal imzanın transsərhəd tətbiqi üçün modellər işlənib hazırlanır.



Bugünkü gündə FutureTrust layihəsi Almaniyadan, Lüksemburqdan, Belgiyadan, Avstriyadan, Böyük Britaniyadan, Portuqaliydan, Serbiyadan, Gürcüstandan, Türkiyədən, Azərbaycandan və digər Avropa ölkələrindən 16 partnyoru birləşdirir.

“B.EST Solutions” şirkətinin layihəyə üzv kimi qəbul edilməsi üçün layihənin bütün iştirakçılarının, o cümlədən Avstriyanın Federal Hesablama Mərkəzinin, Federal Daxili İşlər Nazirliyi və bütün federal idarənin nəzdində Almaniya Federal İdarəsinin, Serbiya Respublikasının Daxili İşlər Nazirliyi kimi dövlət strukturlarının və layihənin digər üzvlərinin razılığının olması vacib idi.

Qeyd edək ki, “B.EST Solutions” şirkətinin fəaliyyəti başlıca olaraq, dövlətin və özəl müəssisələrin elektron idarəetmə sistemi, eləcə də rəqəmsal identitet və mobil elektron imza üzrə xidmətlərin təqdim edilməsi üçün effektli həllərin işlənib hazırlanmasına yönəlmişdir. Şirkət Azərbaycanda Elektron Hökumətin yaradılması və inkişafı prosesində iştirak edən və “Asan İmza” mobil elektron imzanı təqdim edən əsas iştirakçılardan biri sayılır.



“B.EST Solutions” şirkəti Avropa İttifaqı ilə transsərhəd elektron xidmətlərin hazırlanmasında Azərbaycanın maksimal və qlobal şəkildə iştirakı, eləcə də ölkənin İKT sahəsinin ixrac-investisiya potensialının xaricdə artırılması üçün “Asan İmza” mobil elektron imza Azərbaycan texnologiyası ilə bağlı beynəlxalq ictimaiyyətin məlumatlılıq səviyyəsinin yüksəldilməsi məqsədilə FutureTrust layihəsinin resurslarını və imkanlarını aktiv şəkildə istifadə edəcəkdir.

Onu da qeyd edək ki, “B.EST Solutions” şirkəti Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin təşəbbüsü ilə yaradılan AZINNEX (Azerbaijan Consortium of Export Innovations) Konsorsiumunun üzvüdür və Konsorsiuma üzv olan Azərbaycanın bütün innovasiya şirkətlərinin maraqlarını təmsil edəcəkdir.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu