Azərbaycan Tütün İstehsalçıları və İxracatçıları Assosiasiyası təsis edilib

Xəbərin çap versiyası
Tarix: 6-10-2017, 17:24    |    Xəbər oxunub: 533 dəfə
Azərbaycan Tütün İstehsalçıları və İxracatçıları Assosiasiyası təsis edilib


Ölkədə fəaliyyət göstərən tütün istehsalçıları və ixracatçılarının təşəbbüsü, İqtisadiyyat Nazirliyinin və Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının dəstəyi ilə Azərbaycan Tütün İstehsalçıları və İxracatçıları Assosiasiyası təsis olunub.



Bununla bağlı oktyabrın 6-da Zaqatala rayonunda dövlət qurumlarının nümayəndələrinin, tütün istehsalı və ixracı ilə məşğul olan sahibkarların iştirakı ilə tədbir keçirilib.

İqtisadiyyat nazirinin müavini Sahib Məmmədov Azərbaycan Respublikası Prezidentinin rəhbərliyi ilə ölkədə biznes mühitinin davamlı olaraq yaxşılaşdırılması sahəsində həyata keçirilən islahatlar barədə məlumat verib, sahibkarlığın inkişafının uğurlu iqtisadi siyasətin prioritet istiqamətlərindən olduğunu vurğulayıb. Qeyd olunub ki, dövlət başçısının iqtisadi islahatlar paketi çərçivəsində yoxlamaların dayandırılması, lisenziyalaşdırma, investisiya mühiti, gömrük, ixrac, vergi və digər sahələrdə həyata keçirilən islahatlar özəl sektorun inkişafında xüsusilə önəmlidir və bu istiqamətdə sistemli tədbirlər davam etdirilir.

Tədbirdə tütünçülüyün inkişaf etdirilməsi istiqamətində dövlət başçısının verdiyi tapşırıqlar və “Azərbaycan Respublikasında tütünçülüyün inkişafına dair 2017–2021-ci illər üçün Dövlət Proqramı”nın icrası istiqamətində görülən işlər diqqətə çatdırılıb. Vurğulanıb ki, Azərbaycan Tütün İstehsalçıları və İxracatçıları Assosiasiyasının yaradılması tütün və tütün məmulatları istehsalı və ixracı ilə məşğul olan sahibkarların fəaliyyətini əlaqələndirmək, onlar arasında əməkdaşlığı genişləndirmək, bu sahənin inkişafını daha da sürətləndirmək, istehsalı və ixracı artırmaq baxımından əhəmiyyətlidir və İqtisadiyyat Nazirliyi tərəfindən assosiasiyanın fəaliyyətinin təşkilinə lazımi dəstək göstəriləcəkdir.

Zaqatala rayon İcra Hakimiyyətinin başçısı Mübariz Əhmədzadə rayonda sahibkarlığın inkişafı istiqamətində həyata keçirilən tədbirlər, eləcə də tütünçülüyün inkişafı sahəsində görülən işlər barədə məlumat verib, belə assosiasiyaların yaradılmasının əhəmiyyətini vurğulayıb.

Azərbaycan Sahibkarlar Konfederasiyasının vitse-prezidenti Vüqar Zeynalov son illər sahibkarlığın, xüsusilə kiçik və orta sahibkarlığın inkişafı istiqamətində reallaşdırılan dəstək tədbirləri barədə məlumat verib, yeni yaradılan assosiasiya ilə yaxından əməkdaşlıq ediləcəyini vurğulayıb.

Sonra tütün istehsalı ilə məşğul olan sahibkarlar çıxış edərək, tütünçülüyün inkişafına göstərilən diqqətə görə dövlət başçısına təşəkkür ediblər, bu sahənin daha da inkişaf etdirilməsi istiqamətində təkliflərini səsləndiriblər.

Yekunda sahibkarların təklifi əsasında Assosiasiyanın təsis olunması qərara alınıb, Assosiasiyanın idarə heyətinin və nəzarət-təftiş komissiyasının üzvləri seçilib. Tütün istehsalçısı Telman Həsrətov Azərbaycan Tütün İstehsalçıları və İxracatçıları Assosiasiyasının İdarə Heyətinin sədri seçilib.

Tədbirin sonunda iştirakçılar tərəfindən Assosiasiyanın gələcək fəaliyyətinə, tütünçülüyün inkişafına dair müzakirələr aparılıb.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 055 260 69 84, e-mail afn.news@mail.ru




Diqqətinizi çəkə biləcək digər xəbərlər
Hərbçilərin məzuniyyət pulunun verilməsi qaydası dəyişdirildi

Hərbçilərin məzuniyyət pulunun verilməsi qaydası dəyişdirildi

Azad Rəhimov:

Azad Rəhimov: Bəzi Olimpiya komplekslərinin inşası dondurulub

Bakıda iki şirkət arasında məhkəmə çəkişməsi

Bakıda iki şirkət arasında məhkəmə çəkişməsi

Aqrar Universitetdə strateji yol xəritəsi, məqsədlər və hədəflərə dair toplantı keçirilib-

Aqrar Universitetdə strateji yol xəritəsi, məqsədlər və hədəflərə dair toplantı keçirilib- FOTOLAR

İtaliyadan idxal edilmiş dekorativ bitkilərdə zərərli orqanizm aşkar edilib

İtaliyadan idxal edilmiş dekorativ bitkilərdə zərərli orqanizm aşkar edilib

“Super Sun” növbəti dəfə diplomla təltif edildi-

“Super Sun” növbəti dəfə diplomla təltif edildi- FOTOLAR

Qənirə Paşayeva Türk dünyasını Azərbaycan əleyhinə təbliğat aparanlara qarşı sərt mübarizəyə çağırıb-

Qənirə Paşayeva Türk dünyasını Azərbaycan əleyhinə təbliğat aparanlara qarşı sərt mübarizəyə çağırıb- FOTOLAR

“AzerGold” QSC-nin nümayəndələri Türkiyədə mədənçilik sahəsini araşdırır

“AzerGold” QSC-nin nümayəndələri Türkiyədə mədənçilik sahəsini araşdırır

Rusiyalı “Kommersant”:

Rusiyalı “Kommersant”: Bakıda “Panama dosyesi”nin izi ilə

Lavrov:

Lavrov: "Rusiya şirkətləri İraq Kürdüstanında fəaliyyətlərini genişləndirməkdə maraqlıdır"

Müəllimlərin maaşları artacaq-

Müəllimlərin maaşları artacaq- ŞAD XƏBƏR!

“Azərbaycan Standartlaşdırma İnstitutu” ilə KƏŞ arasında əməkdaşlıq Memorandumu imzalanıb

“Azərbaycan Standartlaşdırma İnstitutu” ilə KƏŞ arasında əməkdaşlıq Memorandumu imzalanıb

    Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.
    Təsisçi və baş redaktor Səbuhi Qafarov, baş direktor Həbibə Abdulla.
 

Copyright © 2012-2017 AFN.az Bu layihə AFN MMC məhsuludur