"AzerGold" Çovdar filiz emalı sahəsinin yeraltı qızıl hasilatı mərhələsinə start verib

Xəbərin çap versiyası
Tarix: 13-10-2017, 17:17    |    Xəbər oxunub: 608 dəfə
"AzerGold" Çovdar filiz emalı sahəsinin yeraltı qızıl hasilatı mərhələsinə start verib


“AzerGold” Qapalı Səhmdar Cəmiyyəti (QSC) Daşkəsən rayonunda yerləşən Çovdar filiz emalı sahəsinin fəaliyyətini bərpa edib.

Qurumdan AFN-ə verilən məlumata görə, cəmiyyət tərəfindən əməliyyat proseslərində aparılan optimallaşdırma işləri nəticəsində mədənin fəaliyyətində səmərəlilik əldə olunaraq, hasilatın gücü artırılıb. Cari ilin sonunadək hasilatın daha da artırılması gözlənilir.

Dövlət şirkəti Çovdar filiz emalı sahəsinin ikinci – yeraltı qızıl hasilatı mərhələsinə start verib. Bu məqsədlə filiz emalı sahəsinin ikinci mərhələsinin texniki-iqtisadi əsaslandırma işlərinə başlanılıb.

Cəmiyyət digər rayonlarda yerləşən filiz sahələri və mədənlərdə də paralel olaraq tədbirlər görür. Ölkənin, həmçinin regionun ən böyük əlvan filiz mədəni olan Filizçay mədənində də işlərə başlanılıb. Balakən rayonunda yerləşən bu mədəndə ilkin iqtisadi dəyərləndirmə və hazırlıq işlərinin aparılması üçün dünyaca nüfuzlu şirkətlərlə əməkdaşlıq edilir. Filizçay – həm nəhəng resurslara malik, həm də ən mürəkkəb yataqlardan biridir.

“AzerGold” QSC fəaliyyətdə olan mədənlərin işlənməsi, həmçinin yeni əlvan metal yataqların axtarışı, tapılması istiqamətində fəal kəşfiyyat və araşdırma işləri aparır. Hazırda ölkəmizə gətirilmiş müasir avadanlıqlar vasitəsilə Azərbaycanın bir neçə regionunda geofiziki tədqiqatlar və genişmiqyaslı buruq qazma işləri üzrə kəşfiyyat proqramı uğurla həyata keçirilir.

Cəmiyyətin məqsədi qeyri-neft sektorunun inkişafı, o cümlədən milli iqtisadiyyata xarici valyutanın daxil olmasında mühüm rol oynamaqdır. Belə ki, “AzerGold” QSC tərəfindən aprel-oktyabr aylarında həyata keçirilən 6 ixrac üzrə 48 min 800 unsiya qızıl və 68 min 400 unsiya gümüş dünya metal birjalarında satılaraq, ümumilikdə 62 milyon 250 min ABŞ dollarına yaxın (105.8 milyon manat) gəlir əldə edilib.

Cəmiyyət iqtisadi maraqlarla yanaşı, dövlətin sosial yönümlü siyasətinə uyğun yeni iş yerləri yaradır və regionların inkişafında öz töhfəsini verməyi planlaşdırır.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 055 260 69 84, e-mail afn.news@mail.ru




Diqqətinizi çəkə biləcək digər xəbərlər
Əbülfəz Məlikov vasitəsilə büdcədən yayındırılan gömrük pulları 10 milyardı keçib

Əbülfəz Məlikov vasitəsilə büdcədən yayındırılan gömrük pulları 10 milyardı keçib

Bakıda sürücü qadın qəza törədərək həlak olub:

Bakıda sürücü qadın qəza törədərək həlak olub: qızı yaralanıb

Qurban Qurbanovun milli komandada maaşı məlum oldu

Qurban Qurbanovun milli komandada maaşı məlum oldu

Eldar Mahmudov Akif Çovdarovla üzləşdirilib:

Eldar Mahmudov Akif Çovdarovla üzləşdirilib: həbs yaxınlaşır

ABŞ Suriyada İŞİD-in qalıqlarından yeni ordu yaradır

ABŞ Suriyada İŞİD-in qalıqlarından yeni ordu yaradır

Mehriban Əliyeva ordenlə təltif edilib

Mehriban Əliyeva ordenlə təltif edilib

İraq:

İraq: Terrorçuluq ittihamı ilə 38 nəfər edam olunub

Müdafiə Nazirliyində geniş kollegiya iclası keçirilib

Müdafiə Nazirliyində geniş kollegiya iclası keçirilib

Piyadalar üçün cərimələr artırılsın-

Piyadalar üçün cərimələr artırılsın- TƏKLİF

Bayılda qarşıdurma-

Bayılda qarşıdurma- Eldar Əzizovdan prezidentə şikayət-VİDEO

Metrodan istifadə edənlərin sayı artıb

Metrodan istifadə edənlərin sayı artıb

Ordu, yoxsa qələm?

Ordu, yoxsa qələm?

    Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.
    Təsisçi və baş redaktor Səbuhi Qafarov, baş direktor Həbibə Abdulla.
 

Copyright © 2012-2017 AFN.az Bu layihə AFN MMC məhsuludur