FED başçısı faiz dərəcəsinin artımını anons edib

Xəbərin çap versiyası
Tarix: 16-10-2017, 15:18    |    Xəbər oxunub: 775 dəfə
FED başçısı faiz dərəcəsinin artımını anons edib


"ABŞ iqtisadiyyatında bu il ən böyük sürpriz inflyasiya olub". "Bloomberg" xəbər verir ki, bunu ABŞ Federal Ehtiyat Sisteminin (Federal Reserve System, FED) rəhbəri Canet Yellen bildirib.

Ölkə iqtisadiyyatının bu il mülayim şəkildə artdığını deyən C.Yellen əlavə edib ki, Texas, və Floridada baş verən təbii fəlakət üçüncü rübdə iqtisadi artım tempinə təsirsiz ötüşməyəcək, lakin bu proses uzunmüddətli olmayacaq. Onun fikrincə, istehlakçıların xərcləri, özəl sektorun yatırımları və ixracatçıların dəstəyi ilə bu il iqtisadi artım tempi 2,5% təşkil edəcək.

FED rəhbəri bildirib ki, avqust ayında ölkədə 170 min nəfər işsiz var ki, bu da işsizliyin 4,2% səviyyəsində olmasından xəbər verir: "Fikrimcə, növbəti aylarda işsizlik ciddi şəkildə azalacaq".

İnflyasiyaya toxunan baş bankir deyib ki, son aylar ərzində bu göstərici olduqca zəif olub: "İnflyasiyada son zamanlar izlədiyimiz zəiflik əsl sürpriz oldu. Düzdür, buna bəzi xidmətlər üzrə qiymətlərin azaldılması da təsir edib. Buna baxmayaraq, bu cür sürprizlər bizi çaşdırmamalıdır. Mənim proqnozlarıma əsasən, gələn il inflyasiya artım nümayiş etdirəcək. FED rəhbərliyində təmsil olunan bir çox məsləkdaşlarım da analoji proqnoza malikdir. Gələn il artıma başlayan inflyasiya 2019-cu ildə 2% səviyyəsinədək yüksələ bilər".

C.Yellen qeyd edib ki, rəhbərlik etdiyi qurum bu aydan etibarən 4,5 trln. dollar həcmində olan balansın azaldılmasına (ayda 10 mlrd. dollar) başlayacaq. Onun sözlərinə görə, uçot dərəcəsinin artırılması prosesi davam etdiriləcək və FED rəhbərliyi buna müsbət baxır. Buna baxmayaraq, C. Yellen 12-13 dekabr tarixlərində keçiriləcək iclasda uçot dərəcəsinin artırılıb-artırılmayacağına dair siqnal verməyib.




AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, e-mail afn.news@mail.ru






Diqqətinizi çəkə biləcək digər xəbərlər
İcra başçısının korteji narazılığa səbəb oldu-

İcra başçısının korteji narazılığa səbəb oldu- Bir polis, 10 mülki avtomobil...+VİDEO

DİDK-da ulu öndərin xatirəsi anılıb

DİDK-da ulu öndərin xatirəsi anılıb

Dövlət Komitəsinin kollektivi ümummilli lider Heydər Əliyevin məzarını ziyarət edib-

Dövlət Komitəsinin kollektivi ümummilli lider Heydər Əliyevin məzarını ziyarət edib- FOTOLAR

ETSN-in kollektivi Ulu Öndər Heydər Əliyevin xatirəsini yad edib

ETSN-in kollektivi Ulu Öndər Heydər Əliyevin xatirəsini yad edib

BNA kollektivi ümummilli lider Heydər Əliyevin məzarını ziyarət ediblər-

BNA kollektivi ümummilli lider Heydər Əliyevin məzarını ziyarət ediblər- FOTOLAR

Dövlət Miqrasiya Xidmətində Ulu öndər Heydər Əliyevin xatirəsi yad edilib

Dövlət Miqrasiya Xidmətində Ulu öndər Heydər Əliyevin xatirəsi yad edilib

“Nar”-dan Yeni il ərəfəsində sərfəli rominq təklifləri

“Nar”-dan Yeni il ərəfəsində sərfəli rominq təklifləri

Bu gün qüdrətli Azərbaycan Ulu Öndərin sayəsində dünyada öz layiqli yerini tutur

Bu gün qüdrətli Azərbaycan Ulu Öndərin sayəsində dünyada öz layiqli yerini tutur

Şahbaz Quliyev və Dilqəm Əsgərov sərbəst buraxıla bilər

Şahbaz Quliyev və Dilqəm Əsgərov sərbəst buraxıla bilər

DİN şəhidlərin ruhuna hörmətsizlik edən gənci araşdırır-

DİN şəhidlərin ruhuna hörmətsizlik edən gənci araşdırır- VİDEO

Kiçik sahibkarlar üçün sürətli amortizasiya tətbiq olunur

Kiçik sahibkarlar üçün sürətli amortizasiya tətbiq olunur

Tanınmış jurnalistdən Heydər Əliyevin xatirəsinə

Tanınmış jurnalistdən Heydər Əliyevin xatirəsinə VİDEOÇARX

    Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.
    Təsisçi və baş redaktor Səbuhi Qafarov, baş direktor Həbibə Abdulla.
 

Copyright © 2012-2017 AFN.az Bu layihə AFN MMC məhsuludur