VİSA şirkətinin nümayəndələri İİTKM-də olublar- FOTOLAR


VİSA şirkətinin nümayəndələri İİTKM-də olublar-


İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru Vüsal Qasımlı dünyanın ən tanınmış maliyyə xidmətləri şirkətlərindən biri olan Visa İnc. şirkətinin nümayəndələrini qəbul edib. Görüş zamanı Vüsal Qasımlı son illərdə Azərbaycanda ticarətdə elektronlaşma istiqamətində aparılan islahatlar barədə geniş məlumat verib. Həmçinin ölkədə elektron ödəniş sistemlərinin inkişafı və perspektivləri barədə də müzakirələr aparılıb.



Azərbaycanda səfərdə olan VİSA-nın nümayəndələri Azexport portalı və Rəqəmsal Ticarət Qovşağın ilə yaxından tanış olublar. “Bir Pəncərə” İxraca Dəstək Mərkəzinə baş çəkiblər.

VİSA şirkətinin Hökumətlə Əlaqələr üzrə Direktoru Yuliya Zavalişnaya bildirib ki, regionda xüsusən Azərbaycan ilə əməkdaşlığın artırılmasında maraqlıdırlar. O əlavə edib ki, bu istiqamətdə lazımı addımlar tez bir zamanda atılacaq.

VİSA şirkətinin nümayəndələri İİTKM-də olublar-
VİSA şirkətinin nümayəndələri İİTKM-də olublar-
VİSA şirkətinin nümayəndələri İİTKM-də olublar-
VİSA şirkətinin nümayəndələri İİTKM-də olublar-
VİSA şirkətinin nümayəndələri İİTKM-də olublar-
VİSA şirkətinin nümayəndələri İİTKM-də olublar-
VİSA şirkətinin nümayəndələri İİTKM-də olublar-
VİSA şirkətinin nümayəndələri İİTKM-də olublar-



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu