Bu gün Bakı-Tbilisi-Qars dəmir yolu xətti istifadəyə veriləcək


Bu gün Bakı-Tbilisi-Qars dəmir yolu xətti istifadəyə veriləcək


Tikintisinə 2007-ci ildə başlanılmış və "Dəmir İpək Yolu" adlandırılan Bakı-Tbilisi-Qars (BTQ) dəmir yolu xətti bu gün istifadəyə verilir.



Bu münasibətlə Azərbaycan paytaxtında keçiriləcək açılış mərasimində Azərbaycan Prezidenti İlham Əliyev, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, Qazaxıstan Prezidenti Nursultan Nazarbayev, Gürcüstanın Baş naziri Giorgi Kvirikaşvili, eləcə də 3 ölkənin digər rəsmi şəxsləri, nəqliyyat sektorunun təmsilçiləri iştirak edəcəklər.

Xatırladaq ki, Azərbaycan üçün olduqca böyük əhəmiyyətə malik olan və ölkənin tranzit əhəmiyyətini artıracaq BTQ dəmir yolu xətti layihəsinin reallaşdırılması ilə bağlı ilk danışıqlar 1993-cü il iyulun 26-29-da Ankarada (Türkiyə) keçirilmiş Türkiyə-Gürcüstan Qarışıq Nəqliyyat Komissiyasının iclasında baş tutub. 2002-ci il iyulun 20-21-də isə İstanbulda (Türkiyə) iki ölkənin nəqliyyat nazirləri bununla bağlı protokol imzalayıb.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu