Kənd turizminin inkişafında marketinq strategiyası- FOTOLAR

Xəbərin çap versiyası
Tarix: 7-11-2017, 11:57    |    Xəbər oxunub: 813 dəfə
Kənd turizminin inkişafında marketinq strategiyası-


ATMU-da Azərbaycan Turizm və Menecment Universiteti ilə Finlandiya ali təhsil və Turizm Şirkətinin “Azərbaycanda kənd turizmi və əl sənətkarlığının dayanıqlı inkişafının dəstəklənməsi” layihəsi çərçivəsində işçi seminar keçirilib.



Seminardan öncə Azərbaycan Turizm və Menecment Universitetinin rektoru İlham Mədətov Finlandiyanın Kajaani Tətbiqi Elmlər Universitetinin əməkdaşları Mikko Keranan, Kaisa Merilahti, Turku Tətbiqi Elmlər Universitetinin əməkdaşı Jonna Heikkila, Anna Satovvari və Upitrek Turizm Şirkətinin yaradıcısı və rəhbəri Urpo Heikkinen, Ekoloji Tarazlıq İctimai Birliyinin sədri Aytən Poladova, o cümlədən birliyin digər nümayəndələrini qəbul edib. Görüş zamanı Azərbaycan Turizm və Menecment Universitetinin Finlandiya universitetləri ilə əlaqəsi, ERASMUS+ proqramı çərçivəsində həyata keçirilən tələbə- müəllim mübadiləsi və sair məsələlərdən danışılıb. Qeyd olunub ki, son üç ildə universitetin dörd tələbəsi ERASMU+ proqramı çərçivəsində Finlandiyanın Kajaani Universitetində təhsil alıb. Daha iki əməkdaş təcrübə mübadiləsində olub. Kajaani Universitetinin professoru isə ATMU-da müvafiq fakültənin tələbələrinə “Davamlı turizm”mövzusunda seminar keçib. Görüş əsnasında gələcək əməkdaşlığın perspektivləri müzakirə olunub.

“Azərbaycanda kənd turizmi və əl sənətkarlığının dayanıqlı inkişafının dəstəklənməsi” layihəsi Finlandiya Xarici İşlər Nazirliyinin maliyyə dəstəyi ilə həyata keçirilir. Layihə əlaqələndiriciləri Ekoloji Tarazlıq İB və Kajaani Tətbiqi Elmlər Universiteti, tərəfdaşlar Azərbaycan Turizm və Menecment Universiteti və Turizm İnformasiya Mərkəzləridir. Layihənin başlıca məqsədi dayanıqlı kənd turizmini inkişaf etdirməklə kənd əhalisinin gəlirlərini artmaq, güzəran və rifahını yaxşılaşdırmaqdan ibarətdir. Layihənin hədəf regionlarına Quba, Lənkaran-Astara, Şəki –Qəbələ daxildir. İşçi seminarda adı çəkilən beş regionda kənd turizminin inkişafına dair marketinq strategiyasının ilkin işçi sənədi müzakirə edilib.

Kənd turizminin inkişafında marketinq strategiyası-

Kənd turizminin inkişafında marketinq strategiyası-

Kənd turizminin inkişafında marketinq strategiyası-





AFN.az
Redaksiyamızla əlaqə: tel; 055 260 69 84, e-mail afn.news@mail.ru






Diqqətinizi çəkə biləcək digər xəbərlər
Yılmaz Okuklu:

Yılmaz Okuklu: "Haqq mücadiləsinə maddi və mənəvi dəstəyimiz davam edəcək"- VİDEO

Türkiyədən

Türkiyədən "erməni soyqırımı"nı tanıyan Hollandiyaya sərt etiraz

Nazim İbrahimovun avtomobili qaydaları pozaraq əlillərin yolunu bağladı-

Nazim İbrahimovun avtomobili qaydaları pozaraq əlillərin yolunu bağladı- ETİRAZ+FOTOLAR

“Nar” “İlin mobil operatoru” mükafatına layiq görüldü

“Nar” “İlin mobil operatoru” mükafatına layiq görüldü

“İlham Əliyev çətin vaxtlarımızda bizə kömək edib”-

“İlham Əliyev çətin vaxtlarımızda bizə kömək edib”- Misir prezidenti

Prezident vəkillərlə bağlı mühüm sərəncam imzaladı

Prezident vəkillərlə bağlı mühüm sərəncam imzaladı

Fəxri adlara görə aylıq təqaüd artırıldı

Fəxri adlara görə aylıq təqaüd artırıldı

“Neftçi”nin keçmiş məşqçisinin vəziyyəti ağırdır

“Neftçi”nin keçmiş məşqçisinin vəziyyəti ağırdır

Daha bir təxribatçı erməni əsgəri yaralanıb

Daha bir təxribatçı erməni əsgəri yaralanıb

Prokuror MTN generalına 16 il cəza istədi

Prokuror MTN generalına 16 il cəza istədi

Qida Təhlükəsizliyi Agentliyinin açıqlaması etirazlara səbəb oldu

Qida Təhlükəsizliyi Agentliyinin açıqlaması etirazlara səbəb oldu

Tanınmış jurnalist Səbail RİH-i ifşa etdi:

Tanınmış jurnalist Səbail RİH-i ifşa etdi: "Mərdi qova-qova namərd etməyin!"

    Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.
    Təsisçi və baş redaktor Səbuhi Qafarov, baş direktor Həbibə Abdulla.
 

Copyright © 2012-2017 AFN.az Bu layihə AFN MMC məhsuludur