Bal yarmarkasından 15 ton bal geri qaytarılıb


Bal yarmarkasından 15 ton bal geri qaytarılıb


Azərbaycan Arıçılar Assosiasiyasının Bakıda keçirdiyi bal yarmarkasına dəvət olunan 3 arıçı yarmarkadan uzaqlaşdırılıb.

AFN Trend-ə istinadən xəbər verir ki, Azərbaycan Arıçılar Assosiasiyasının sədri Bədrəddin Həsrətovun sözlərinə görə, yarmarkaya 335 arıçı cəlb edilib: “Yarmarka qabağı ballar laborator müayinədən keçirilib və 3 arıçının balı standartlara cavab vermədiyi üçün yarmarkadan uzaqlaşdırılıb. Həmin arıçılar Daşkəsən və Astara rayonlarından gəlmişdilər. Onların məhsulları normativlərə cavab vermədiyi üçün satışa buraxılmadı. Ümumilikdə, 332 arıçı yarmarkada iştirak edib. Yarmarkaya gətirilən 122 ton süzülmüş baldan 107 ton balın satışa çıxarılmasına icazə verilib. Yarmarkada həmçinin, 5 ton şan balı satışa çıxarılıb. Qalan 15 ton bal laborator müayinələrdən sonra standartlara cavab vermədiyi üçün geri qaytarıldı”.

Qeyd edək ki, Kənd Təsərrüfatı Nazirliyinin təşkilatçılığı ilə oktyabrın 10-dan noyabrın 5-dək Azərbaycan Arıçılar Assosiasiyası tərəfindən Bakıda bal yarmarkası keçirilib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu