Avropa Bankı: “Azərbaycan, Türkiyə və Ukraynada inflyasiya ikirəqəmli həddədir”


Avropa Bankı:


“Azərbaycan, Misir, Türkiyə və Ukraynada hələ də inflyasiya ikirəqəmli həddədir”. Bu barədə Avropa Yenidənqurma və İnkişaf Bankının (EBRD) noyabr ayı üçün yenilədiyi proqnoz hesabatında bildirilir.



“Bu ilin ilk 10 ayını ötən ilin eyni dövrü ilə müqayisə etsək, Azərbaycanda 13,9% inflyasiya qeydə alınıb, ümumi daxili məhsul (ÜDM) istehsalında 0,6% geriləmə baş verib. 2017-ci ilin ilk 8 ayında isə ölkəyə investisiya qoyuluşu azalıb. Bu ilin I yarısında Azərbaycanla yanaşı, Belarus, Misir və Ukraynada kreditləşmədnin həcmi 0,4% artıb, amma bu ölkələr real kreditlərin həcmini əhəmiyyətli dərəcədə azaldıblar”, - deyə hesabatda qeyd edilib.

EBRD Azərbaycanda cari hesablarda da kəsir qeydə alındığını bəyan edib: “Azərbaycanın cari hesabları 2016-cı ildə ÜDM-nin 3,6%-iqədər kəsirdən sonra 2017-ci ilin I yarısında neft qiymətlərinin bərpası çərçivəsində cüzi artıb. Makroiqtisadi siyasət inflyasiyanın qarşısını almaq, xarici valyuta təzyiqlərini azaltmaq və likvidlik buferinin qorunması üçün nisbətən dar çərçivədə olub. Önəmli qaz infrastruktur layihələrinin tamamlanmasının 2018-ci ildən sonra böyüməyə stimul verəcəyi gözlənilir. Dağlıq Qarabağ problemi bölgədə böyümə perspektivinə təhlükə yaradır”.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu