Avtomobillərin gömrük sərhədindən keçirilməsi qaydası dəyişib

Xəbərin çap versiyası
Tarix: 14-11-2017, 10:31    |    Xəbər oxunub: 740 dəfə
Avtomobillərin gömrük sərhədindən keçirilməsi qaydası dəyişib


Nazirlər Kabineti "Gömrük sərhədindən keçirilən malların və nəqliyyat vasitələrinin bəyan edilməsi Qaydaları”nda dəyişiklik edib.



Bu Qayda gömrük sərhədindən keçirilən malların və nəqliyyat vasitələrinin bəyan edilməsi qaydalarını müəyyən edir.

Azərbaycan Respublikasının gömrük sərhədindən keçirilən, gömrük nəzarəti altında yerləşdirilən mallar və nəqliyyat vasitələri barədə məlumatlar gömrük orqanına şifahi, kağız üzərində yazılı və ya elektron formalarda bəyan edilir.

İndiyə qədər ayrı-ayrı sənədlərin üzrlü səbəblərə görə gömrük bəyannaməsi ilə birlikdə təqdim edilməsi mümkün olmadığı hallarda, bəyannaməsinin yazılı müraciəti əsasında gömrük orqanları həmin sənədlərin gömrük bəyannaməsi təsdiq edildikdən sonra təqdim olunmasına icazə veriblər. Gömrük Məcəlləsində ayrı-ayrı sənədlərin təqdim edilməsi üçün daha qısa müddət müəyyən edilməmişdirsə, həmin sənədlər gömrük bəyannaməsi təsdiq edildiyi tarixdən 45 gündən gec olmayaraq, gömrük orqanına təqdim olunmalıdır. Bəyannaməsi sənədlərin vaxtında verilməsinə dair gömrük orqanına yazılı formada öhdəlik təqdim edib. Dəyişikliyə əsasən bundan sonra ayrı-ayrı sənədlərin üzrlü səbəblərə görə gömrük bəyannaməsi ilə birlikdə təqdim edilməsi mümkün olmadığı hallarda, bəyannaməçinin elektron formada müraciəti əsasında da gömrük orqanları həmin sənədlərin gömrük bəyannaməsi təsdiq edildikdən sonra təqdim olunmasına icazə verəcəklər. Bəyannaməsi sənədlərin vaxtında verilməsinə dair gömrük orqanına həm də elektron formada öhdəlik təqdim edə biləcək.

İndiyə qədər gömrük ərazisinə gətirilmiş mallar üzrə gömrük bəyannaməsi təqdim olunanadək qısa idxal bəyannaməsi gömrük sərhədindən mallar elektrikötürücü xətlər vasitəsilə keçirildikdə, mallar müvəqqəti saxlanc xüsusi gömrük proseduru altında yerləşdirildikdə və malların və nəqliyyat vasitələrinin gömrük ərazisinə buraxılmasının yaşıl, mavi, sarı və qırmızı dəhliz buraxılış sistemlərindən istifadə edilməsi üçün mallar və nəqliyyat vasitələri gömrük ərazisinə gətirilməzdən əvvəl gömrük orqanlarına elektron formada təqdim edildikdə gömrük orqanlarına təqdim edilib. Dəyişikliyə əsasən isə gömrük ərazisinə gətirilmiş mallar üzrə gömrük bəyannaməsi təqdim olunanadək qısa idxal bəyannaməsi yalnız malların və nəqliyyat vasitələrinin gömrük ərazisinə buraxılmasının yaşıl, mavi, sarı və qırmızı dəhliz buraxılış sistemlərindən istifadə edilməsi üçün mallar və nəqliyyat vasitələri gömrük ərazisinə gətirilməzdən əvvəl gömrük orqanlarına elektron formada təqdim edildikdə gömrük orqanlarına təqdim ediləcək. (apa)



AFN.az
Redaksiyamızla əlaqə: tel; 055 260 69 84, e-mail afn.news@mail.ru




Diqqətinizi çəkə biləcək digər xəbərlər
Tanınmış jurnalist Natiq Qədimov vəfat edib

Tanınmış jurnalist Natiq Qədimov vəfat edib

Az qala banklara yalvarırıq-

Az qala banklara yalvarırıq- Qənirə Paşayeva

“Ermənistan “dəvəquşu siyasəti”nə son qoymalıdır”-

“Ermənistan “dəvəquşu siyasəti”nə son qoymalıdır”- XİN

“Onlayn mediaya 1 milyon ayrılsın” -

“Onlayn mediaya 1 milyon ayrılsın” - deputatdan təklif

Əmək pensiyaları artırılacaq-

Əmək pensiyaları artırılacaq- rəsmi

MSK sədri prezident seçkilərindən danışdı

MSK sədri prezident seçkilərindən danışdı

Ramiz Mehdiyev MDB-dəki problemləri müzakirə edib

Ramiz Mehdiyev MDB-dəki problemləri müzakirə edib

“Hökumət büdcəyə görə məsuliyyət daşıyır”-

“Hökumət büdcəyə görə məsuliyyət daşıyır”- Valeh Ələsgərov

DİN Qaradağdakı avtobus qəzası ilə bağlı məlumat yaydı

DİN Qaradağdakı avtobus qəzası ilə bağlı məlumat yaydı

Parlamentdə maliyyə amnistiyası təklif edildi

Parlamentdə maliyyə amnistiyası təklif edildi

İnsanların icbari tibbi sığortaya ehtiyacı var-

İnsanların icbari tibbi sığortaya ehtiyacı var- millət vəkili

Telman İsmayılov Fransadan siyasi sığınacaq istədi

Telman İsmayılov Fransadan siyasi sığınacaq istədi

    Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.
    Təsisçi və baş redaktor Səbuhi Qafarov, baş direktor Həbibə Abdulla.
 

Copyright © 2012-2017 AFN.az Bu layihə AFN MMC məhsuludur