“Azərsu” “Caspian Ecology” sərgisində xüsusi pavilyonla iştirak edir- FOTOLAR

Xəbərin çap versiyası
Tarix: 14-11-2017, 17:35    |    Xəbər oxunub: 968 dəfə
“Azərsu” “Caspian Ecology” sərgisində xüsusi pavilyonla iştirak edir-


Noyabrın 14-də Bakı Ekspo Mərkəzində 8-ci Azərbaycan beynəlxalq ətraf mühit sərgisi (“Caspian Ecology”) öz işinə başlayıb. Ekoloji vəziyyətin yaxşılaşdırılması və ətraf mühitin qorunmasına öz töhfələrini verən “Azərsu” Açıq Səhmdar Cəmiyyəti sərgidə xüsusi pavilyonla iştirak edir.



Pavilyonda yeni su mənbələri, tullantı sutəmizləyici qurğuları, su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması istiqamətində həyata keçirilən layihələr, Mərkəzi Laboratoriyanın fəaliyyəti, ekoloji tədbirlərlə bağlı məlumatlar əksini tapır. Sərgi ziyarətçilərinə “Azərsu” ASC-nin ekoloji tədbirləri və bu sahədə həyata keçirilən layihələr haqqında ətraflı məlumatlar verilir.

“Azərsu” ASC tərəfindən içməli suyun mənbədən götürülərək istehlakçılara çatdırılmasınadək, eləcə də tullantı sularının idarə olunmasının bütün mərhələlərində ekoloji tələblərə ciddi riayət olunur.

2015-ci ildə istismara verilmiş Ceyranbatan Ultrasüzgəcli Sutəmizləyici Qurğular Kompleksinin böyük ekoloji əhəmiyyəti vardır. Bu kompleksdə ən son texnologiyalarla emal olunan su ekoloji cəhətdən təmiz və yüksək keyfiyyətə malik olur. Həmçinin digər su mənbələrində suyun emalının ekoloji aspektləri barədə ziyarətçilərə ətraflı məlumat verilir. 2013-cü ildə istifadəyə verilmiş “Azərsu” ASC-nin Mərkəzi Laboratoriyası da ziyarətçilərin marağına səbəb olur. Laboratoriyada beynəlxalq səviyyədə tanınmış şirkətlərinin ən müasir avadanlıqları və cihazları quraşdırılmış və bütün bunlar analizlərin yüksək dəqiqliklə və operativ aparılmasına imkan verir.

Tullantı sularının optimal idarə edilməsi və Xəzər dənizinin ekoloji vəziyyətinin qorunması məqsədilə Abşeron yarımadasında kanalizasiya infrastrukturu yenidən qurulur. Tullantı sularının təmizləyici qurğulara yönəldilməsi məqsədilə Bayıl-Bibiheybət-Lökbatan, Novxanı-Sumqayıt kanalizasiya kollektorları tikilib. Bakı şəhərində tullantı sularının təmizləyici qurğulara ötürülməsini təmin etmək məqsədilə hazırda 3 istiqamətdə tunel tipli kanalizasiya kollektorlarının tikintisi davam etdirilir. Pirşağı qəsəbəsi yaxınlığında məhsuldarlığı sutkada 40 min kubmetr olan tullantı təmizləyici qurğunun tikintisinə başlanılıb. Yeni qurğu istismara verildikdən, ətraf qəsəbələrdə kanalizasiya infrastrukturu yaradıldıqdan sonra Pirşağı, Kürdəxanı, Məhəmmədi, Nardaran, Digah, Maştağa və digər yaşayış məntəqələrində toplanan tullantı suları bu qurğuda təmizlənərək kənarlaşdırılacaqdır.

Regionlarda həyata keçirilən içməli su və kanalizasiya layihələri çərçivəsində hər bir rayon mərkəzində kanalizasiya şəbəkələri yenidən qurulur və yaradılır. Tullantı sularının təmizləyib zərərsizləşdirilməsi məqsədilə tullantı sutəmizləyici qurğular tikilir. Artıq bir neçə rayonda tullantı sutəmizləyici qurğunun tikintisi başa çatıb və oktyabr ayında Prezident İlham Əliyevin rəhbərliyi ilə açılışı keçirilən Şamaxı şəhərinin su təchizatı və kanalizasiya infrastrukturunun yenidən qurulması layihəsi çərçivəsində yeni tullantı sutəmizləyici qurğu istismara verilib.

“Azərsu” ASC-nin həyata keçirdiyi ekoloji tədbirlər sırasında yaşıllaşdırma işləri xüsusi əhəmiyyət kəsb edir. Son illər idarə və müəssisələrin, hidrotexniki qurğuların yerləşdiyi ərazilərdə genişmiqyaslı yaşıllaşdırma və abadlıq işləri aparılır və bu istiqamətdə tədbirlər davam etdirilməkdədir.

Qeyd edək ki, “Caspian Ecology” sərgisi Ekologiya və Təbii Sərvətlər Nazirliyi, eləcə də İDEA İctimai Birliyi tərəfindən dəstəklənir. Noyabrın 16-dək davam edəcək sərgidə dünyanın 7 ölkəsindən 53 şirkət iştirak edir.

“Azərsu” “Caspian Ecology” sərgisində xüsusi pavilyonla iştirak edir-


“Azərsu” “Caspian Ecology” sərgisində xüsusi pavilyonla iştirak edir-

“Azərsu” “Caspian Ecology” sərgisində xüsusi pavilyonla iştirak edir-

“Azərsu” “Caspian Ecology” sərgisində xüsusi pavilyonla iştirak edir-

“Azərsu” “Caspian Ecology” sərgisində xüsusi pavilyonla iştirak edir-





AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, e-mail afn.news@mail.ru






Diqqətinizi çəkə biləcək digər xəbərlər
Elektrik enerjisindən istifadə qaydaları dəyişdi

Elektrik enerjisindən istifadə qaydaları dəyişdi

“Bakubus” avtobusu qəzaya düşdü

“Bakubus” avtobusu qəzaya düşdü

“MedEra” Hospitalda biabırçılıq-

“MedEra” Hospitalda biabırçılıq- Xoşqədəmin məşhurlaşdırdığı həkim xəstəni səhv müalicə etdi

Gənc xanım prezident Lukaşenkonun kortejini “bağışlamadı”-

Gənc xanım prezident Lukaşenkonun kortejini “bağışlamadı”- VİDEO

“Hizbullah”a yüksək dəqiqlikli raketlər üçün avadanlıq aparan təyyarə Livana enib

“Hizbullah”a yüksək dəqiqlikli raketlər üçün avadanlıq aparan təyyarə Livana enib

"Azərenerji"də yeni təyinatlar olub

Reuters:

Reuters: Türk polisi Qaşıqçının meyitini tapmaq üzrədir

ABŞ-da Araz Ağalarovun bank hesablarını bağladılar

ABŞ-da Araz Ağalarovun bank hesablarını bağladılar

"Bank of Baku" qırmızı zolaqda

Bakıda ikinci çay festivalı keçirilib

Bakıda ikinci çay festivalı keçirilib

Şəkidə məcburi köçkün məktəblilərə dərs ləvazimatları paylanılıb

Şəkidə məcburi köçkün məktəblilərə dərs ləvazimatları paylanılıb

Gəmiçiliyin 160 illik yubileyi ilə əlaqədar markalı kitab nəşr olunub-

Gəmiçiliyin 160 illik yubileyi ilə əlaqədar markalı kitab nəşr olunub- FOTOLAR

    Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.
    Təsisçi və baş redaktor Səbuhi Qafarov, baş direktor Həbibə Abdulla.
 

Copyright © 2012-2017 AFN.az Bu layihə AFN MMC məhsuludur