Azərbaycanda büdcə kəsiri 1%-ə düşüb


Azərbaycanda büdcə kəsiri 1%-ə düşüb


2017-ci ilin yanvar-oktyabr aylarında Azərbaycan dövlət büdcəsinin gəlirləri 13 557,2 mln. manat, xərcləri 14 150,2 mln. manat təşkil edib. Büdcənin icrasında 593,0 mln. manatlıq və ya ümumi daxili məhsulun 1,0%-i qədər kəsir yaranıb.



“Report” bu barədə Maliyyə Nazirliyinin təqdim etdiyi operativ məlumatlara əsasən xəbər verir.
Qeyd edək ki, 2017-ci ilin yanvar-sentyabr aylarında dövlət büdcəsinin gəlirləri əvvəlki ilin eyni dövrü ilə müqayisədə 19,2% artaraq 12 045,1 mln. manata, xərcləri isə 20,3% artaraq 12 783,7 mln. manata çatıb. Büdcənin icrasında yaranmış 738,6 mln. manatlıq kəsir ÜDM-in 1,5%-ni təşkil edib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu