Azərbaycanın Rəqabət Məcəlləsi layihəsi müzakirə edilir- FOTOLAR


Azərbaycanın Rəqabət Məcəlləsi layihəsi müzakirə edilir-


Azərbaycan Respublikası İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzində (İİTKM) “Rəqabət Məcəlləsi” layihəsinin müzakirəsinə başlanılıb.



“Rəqabət Məcəlləsi”-nin layihəsi Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 2 iyun tarixli Sərəncamı ilə “Azərbaycan Respublikasında biznes mühitinin əlverişliliyinin artırılması və beynəlxalq reytinqlərdə ölkəmizin mövqeyinin daha da yaxşılaşdırılması ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 13 iyul tarixli Sərəncamının həyata keçirilməsinə dair Tədbirlər Planı çərçivəsində fəaliyyət göstərən Komissiyanın işçi qrupu çərçivəsində müzakirə edilir.

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi təkliflərin verilməsi məqsədilə Avropa İttifaqı TAIEX proqramı çərçivəsində texniki dəstək alıb və xarici ekspertlərin iştirakı ilə işçi qrupunun üzvləri ilə Rəqabət Məcəlləsi layihəsi ətrafında geniş müzakirələr aparılır.

Qeyd edək ki, “Azərbaycan Respublikasında kiçik və orta sahibkarlıq səviyyəsində istehlak mallarının istehsalına dair Strateji Yol Xəritəsi”ndə rəqabət mühitinin təkmilləşdirilməsi prioritet istiqamətlərdən biri olaraq təsbit edilmiş və Rəqabət Məcəlləsinin qəbul edilməsi qarşıya məqsəd kimi qoyulub.

Komissiyanın işçi qrupunun müzakirələrində iştirak edən İİTKM-nin makroiqtisadçısı Faiq Qasımlı qeyd edib ki, yeni layihədə azad iqtisadi rəqabət əsasında sahibkarlıq fəaliyyətinin hayata keçirilməsi, ədalətli qiymətqoyma və geniş əmtəə və xidmət seçimi, qiymətlərin bazarda tələb və təklifin sərbəst qarşılıqlı əlaqəsi vasitəsilə formalaşması, dövlətin rəqabətli bazarlara məhdud müdaxiləsi, ictimai maraq kimi iqtisadi rəqabətin inkişafı və qorunması kimi əsas prinsiplər öz əksini tapmışdır. Bununla yanaşı, layihədə rəqabətin məhdudlaşdırılması, təmərküzləşmə, öhdəlik, sanksiyalar və s. məsələlərə geniş yer verilib.

Rəqabət Məcəlləsi layihəsi ətrafında müzakirələrdə iştirak edən ekspertlər Aİ TAIEX proqramının “İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinə (İİTKM) rəqabət sahəsində qanunvericilik, institusional və iqtisadi islahatlara dəstək” layihəsi çərçivəsində cəlb ediliblər. Hazırda İİTKM-də fəaliyyət göstərən xarici ekspertlər qrupuna Filip Brusik rəhbərlik edir, digər ekspertlər Valentin Derevyankin və Markus Handelindir.

Azərbaycanın Rəqabət Məcəlləsi layihəsi müzakirə edilir-
Azərbaycanın Rəqabət Məcəlləsi layihəsi müzakirə edilir-
Azərbaycanın Rəqabət Məcəlləsi layihəsi müzakirə edilir-
Azərbaycanın Rəqabət Məcəlləsi layihəsi müzakirə edilir-



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu