Parlamentdə maliyyə amnistiyası təklif edildi


Parlamentdə maliyyə amnistiyası təklif edildi


“Bir sıra sahələrdə maliyyə artımları olsa da, siyasi partiyaların maliyyəsi artırılmır”.

Bunu Milli Məclisdə 2018-ci ilin büdcə müzakirəsi zamanı çıxış edən deputat Tahir Kərimli deyib.

Deputat növbəti ilin seçki ili olduğunu diqqətə çatdıraraq, maliyyənin artırılmasını təklif edib: “Ən azı Milli Məclisdə təmsil olunan partiyalara ayrılan vəsaitləri artırmaq olar”.

Millət vəkili Azərbaycanda maliyə amnistisiyasının elan edilməsini də təklif edib: “Bu məsələni uzatmaq lazım deyil. Biz gözləyirik ki, nə vaxtsa varlı insanlar cəzalandırılacaq. Gürcütsanda eks baş nazir İvanişvili Kutaisidə universitetin tikintisi üçün 1 milyard avro vəsait ayırıb. Hesab edirəm ki, bizdə maliyyə amnistiyası olsa, ölkədən kapital axını baş verməz, bu pullar daxildə yatırılar”.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu