Az qala banklara yalvarırıq- Qənirə Paşayeva

Xəbərin çap versiyası
Tarix: 22-11-2017, 19:03    |    Xəbər oxunub: 558 dəfə
Az qala banklara yalvarırıq-


"Artıq neçənci dəfədir ki, banklara zəng edib seçicilərimizlə bağlı az qala yalvarırıq ki, vətəndaşa verilən vaxtı uzadın, borcunu yavaş-yavaş ödəsin. Çünki evləri satılarsa, bütün ailə çöldə qalacaq".

AFN xəbər verir ki, bu sözləri millət vəkili Qənirə Paşayeva Milli Məclisdə 2018-ci ilin dövlət büdcəsinin müzakirəsi zamanı çıxış edərkən söyləyib. Millət vəkili banklara borclu olan vətəndaşların devalvasiyadan sonra üzləşdiyi problemlərdən danışıb və onlara borcun qaytarılması üçün vaxt verilməsini xahiş edib:

"Devalvasiya vətəndaşlarımıza da ciddi ziyan vurub. Dollarla kredit götürən bir çox sadə vətəndaşın kreditlərinin qaytarılmasında ciddi problemlər yaranıb. Vaxtında kreditlərini qaytara bilməyən vətəndaşların evlərini girov qoyublar. Banklar da borcun qaytarılması üçün məhkəmə yolu ilə evlərin satılması məsələsini irəli sürür”.

Q.Paşayeva bildirib ki, belə halların çoxalması cəmiyyətdə sosial gərginliyin artmasına səbəb ola bilər:

"Qazaxıstan devalvasiyadan sonra borcların ödənilməsi üçün banklara, banklar da vətəndaşlara möhlət verdi. Hökumətimizdən xahiş edirik ki, bu məsələyə xüsusi həssaslıqla yanaşsın. Mərkəzi Bankın sədri Elman Rüstəmovla bu məsələ ilə bağlı danışdım. Bilmək istərdim ki, biz də Qazaxıstan kimi bu təcrübədən istifadə edə bilərikmi? Bu məsələnin çox sayda ailəni narahat etdiyini nəzərə alaraq hesab edirəm ki, bu istiqamətdə vətəndaşlarımıza bənzər problemlərin həllində dəstək olmalıyıq. Düşünürəm ki, hökumət onlara dəstək olmaq üçün müvafiq addımlar atmalıdır”.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 055 260 69 84, e-mail afn.news@mail.ru




Diqqətinizi çəkə biləcək digər xəbərlər
Türkiyə Şərqi Qüdsdə səfirlik açacaq

Türkiyə Şərqi Qüdsdə səfirlik açacaq

Bakıda böyük tikinti şirkətinin rəhbəri həbs olundu-

Bakıda böyük tikinti şirkətinin rəhbəri həbs olundu- YENİLƏNİB

Azərbaycan 10-dan çox ölkəyə hərbi məhsul ixrac edir

Azərbaycan 10-dan çox ölkəyə hərbi məhsul ixrac edir

Sevdiyi oğlanla ailə qura bilməyən qız özünü öldürmək istədi

Sevdiyi oğlanla ailə qura bilməyən qız özünü öldürmək istədi

OPEK-dən Azərbaycan nefti ilə bağlı proqnoz

OPEK-dən Azərbaycan nefti ilə bağlı proqnoz

Azərbaycan cüdoçusu Ukraynanın mütləq çempionu oldu

Azərbaycan cüdoçusu Ukraynanın mütləq çempionu oldu

Kiyevdə Saakaşvili tərəfdarlarının yürüşü başladı

Kiyevdə Saakaşvili tərəfdarlarının yürüşü başladı

Ərdoğanı öldürmək istəyən 9 terrorçu həbs olundu

Ərdoğanı öldürmək istəyən 9 terrorçu həbs olundu

Azərbaycanlı alimin ixtirası “dəm qazı terroru”na son qoyacaq

Azərbaycanlı alimin ixtirası “dəm qazı terroru”na son qoyacaq

Saakaşvili Poroşenkoya barışıq təklif edib

Saakaşvili Poroşenkoya barışıq təklif edib

NATO Rusiya təhlükəsinə qarşı qüvvələri üçqat artırdı

NATO Rusiya təhlükəsinə qarşı qüvvələri üçqat artırdı

Bakıda böyük tikinti şirkətinin rəhbəri saxlanıldı

Bakıda böyük tikinti şirkətinin rəhbəri saxlanıldı

    Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.
    Təsisçi və baş redaktor Səbuhi Qafarov, baş direktor Həbibə Abdulla.
 

Copyright © 2012-2017 AFN.az Bu layihə AFN MMC məhsuludur