II Bankçılıq Forumu keçirilib


II Bankçılıq Forumu keçirilib


23-24 noyabr 2017-ci il tarixində Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatası (MBNP), Azərbaycan Respublikası İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi (İİTKM) və Azərbaycan Banklar Assosiasiyasının (ABA) birgə təşkilatçılığı ilə “Bank sisteminin yeni inkişaf dövrünə adaptasiyası: İslahatlar, Nəticələr və Perspektivlər” mövzusunda II Bankçılıq Forumu keçirilib.



Forumun məqsədi ölkədə həyata keçirilən strateji iqtisadi islahatların nəticələrinin təhlili, maliyyə-bank sisteminin yeni inkişaf dövrünə adaptasiyası, maliyyə dayanıqlığının möhkəmləndirilməsi, nağdsız ödənişlərin artırılması istiqamətləri, banklarda komplayensin inkişafı və bank sisteminin fəaliyyətinin hüquqi bazasının təkmilləşdirilməsi məsələlərinin müzakirəsi, həmçinin bankçılıq sahəsində yeniliklər və innovasiyalar barədə qabaqcıl təcrübələrin öyrənilməsidir.

Forumda maliyyə-iqtisadiyyat sahəsində tənzimləyici və nəzarət orqanlarının rəhbərləri, kommersiya banklarının yuxarı menecmenti, biznes və ictimai təşkilatların rəhbərləri, beynəlxalq maliyyə institutlarının və xarici ölkələrin Azərbaycandakı səfirliklərinin nümayəndələri, həmçinin digər ölkələrdən dəvətlilər iştirak ediblər.

II Bankçılıq Forumunda Azərbaycan Banklar Assosiasiyasının prezidenti Zakir Nuriyev açılış nitqi ilə çıxış edib. Daha sonra Azərbaycan Respublikası İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru Vüsal Qasımlı, Türkiyə Banklar Birliyinin İdarə Heyətinin sədri Hüseyin Aydın, Azərbaycan Respublikası Mərkəzi Bankının İdarə Heyətinin sədri Elman Rüstəmov, Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatasının baş icraçı direktoru İbrahim Alışov, Azərbaycan Respublikasının İqtisadiyyat nazirinin müavini Sevinc Həsənova, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Ziyad Səmədzadə çıxış ediblər.

Azərbaycan Respublikası İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru Dr.Vüsal Qasımlı çıxışında bildirib ki, Azərbaycan iqtisadiyyatı aşağı neft qiymətlərinə immunitet qazandıqdan sonra iqtisadi artımın drayveri islahatlardı. Neft gəlirlərinin azalması fonunda Doing Business və Qlobal Rəqabətlilik hesabatlarında ölkəmizin irəliləməsi və ən islahatçı ölkələr sırasına yüksəlməsi, bu ilin ilk 10 ayında qeyri-neft ÜDM-in 2,1 faiz və ixracının 23 faiz artması, strateji valyuta ehtiyatlarının 5 milyard ABŞ dollarına qədər çoxalması birbaşa islahatların nəticəsidir. Hazırda neft qiymətlərinin 60 ABŞ dollarından keçməsinə rəğmən islahatlar əvvəlki tempilə davam edir ki, bu da iqtisadi islahatların dönməz xarakter aldığını göstərir.

Gələn illərdə ölkədə qeyri-neft ixracının (sənaye və aqroparkların fəaliyyəti, həmçinin neft-kimya müəssiələrinin işə düşməsi nəticəsində) və turizm başda olmaqla xidmətlərin ixracının artması, eyni zamanda idxalın əvəzlənməsi hesabına ölkəyə valyuta mədaxili kanallarının çeşidinin və miqyasının artması, eyni zamanda manatın dayanıqlılığı üçün əlavə imkanlar yaranacaq. 2018-ci ildə dövlət büdcəsi hesabına iqtisadiyyata veriləcək əlavə stimullar da ümumi iqtisadi aktivliyi artıracaqdır. Beləliklə, maliyyə-bank sektoru yaranmış əlverişli şəraitdən istifadə etməli, Kredit Zəmanət Fondu və aqrar sığorta mexanizmindən yararlanmaqla real iqtisadiyyatın maliyyələşdirilməsini gücləndirməlidir.

Eyni zamanda bank sektorunun kommunikasiyası gücləndirilməli, rəqabət mühiti və banklararası bazar inkişaf etdirilməli, blok-çeyn və maliyyə texnologiyalarının tətbiqi imkanları araşdırılmalı, risk idarəetməsi gücləndirilməli və bankların kapitallaşdırılması artırılmalıdır.

Bu ilin ilk 9 ayında bank sektorunda əldə edilmiş kövrək də olsa müsbət tendensiyaların gücləndirilməsi mümkündür.

Açılış nitqlərindən sonra “Xarici şokların təsirlərinin minimallaşdırılması istiqamətində görülmüş işlər və yeni çağırışlar” mövzusundakı 1-ci panel öz işinə başlayıb. Paneldə “İqtisadi islahatların yaxın və orta perspektivli nəticələri”, “Bank sektorunun sağlamlaşdırılması istiqamətində əldə olunmuş nailiyyətlər və önümüzdəki hədəflər”, “Monetar stimullaşdırma ilə makroiqtisadi stabillik arasında balans”, “Makroiqtisadi stabilliyin təmin edilməsində Dövlət Neft Fondunun rolu”, “Yeni dövrdə bank sektorunda insan resurslarının inkişafı məsələləri” mövzularında təqdimatlar edilib və mövzular ətrafında geniş fikir mübadiləsi aparılıb.

Forum öz işini “Nağdsız cəmiyyətə doğru: ödəniş ekosistemində son trendlər, yeni bazar iştirakçıları və innovativ ödəniş həlləri”, “Müasir bankçılıqda komplayens” və “Bank sisteminin inkişafının hüquqi bazasının təkmilləşdirilməsi məsələləri”nə həsr edilmiş növbəti panellərdə davam etdirib.

II Bankçılıq Forumu keçirilib

II Bankçılıq Forumu keçirilib

II Bankçılıq Forumu keçirilib

II Bankçılıq Forumu keçirilib

II Bankçılıq Forumu keçirilib

II Bankçılıq Forumu keçirilib

II Bankçılıq Forumu keçirilib

II Bankçılıq Forumu keçirilib



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu