Bu şəxslər gəlir vergisindən azad olunacaq


Bu şəxslər gəlir vergisindən azad olunacaq


Azərbaycanın xarici ölkələrdə fəaliyyət göstərən səfirlik və konsulluqlarında ticarət nümayənədələrinin və onların aparatlarının işçiləri gəlir vergisindən azad olunur.

Bununla bağlı Vergi Məcəlləsində dəyişiklik edilir.

Məcəllənin 102-ci (Gəlir vergisindən azadolmalar və güzəştlər) maddəsinə Azərbaycanın xarici ölkələrdə fəaliyyət göstərən səfirlik və konsulluqlarında ticarət nümayənədələrinin və onların aparatlarının işçiləri də əlavə edilib.

Layihədə qeyd olunub ki, bu, Azərbaycan Respublikasının xarici ölkələrdə fəaliyyət göstərən səfirlik və konsulluqlarının ticarət nümayəndələrinin və onların aparatlarının işçilərinin xarici ölkədə aldığı əmək haqqının gəlir və vergisindən azad olunması məqsədi ilə hazırlanıb.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu