Yumurta bahalaşacaq?


Rusiya ilə Ukrayna arasında iqtisadi müharibə getdikcə qızışır.

Rusiya öz ərazisi üzərindən Ukraynadan Azərbaycana və Özbəkistana göndərilən 300 min yumurta və 30 ton süd məhsullarının tranzitinə qadağa qoyub. Fins.az-ın “RBK”-ya istinadən verdiyi məlumata görə, bu barədə Rusiyanın Baytar və Fitosanitar Nəzarəti Federal Xidməti məlumat yayıb. Xidmət yüklərin saxlanmasını baytarlıq sənədlərinin qeyri-dəqiq və yanlış rəsmiləşdirilməsi ilə izah edib.

3 hissədən ibarət yük "Troyebortnoye" (Ukrayna tərəfindən "Baçevsk" buraxılış məntəqəsi) avtomobil buraxılış məntəqəsində saxlanılıb və Ukrayna ərazisinə geri qaytarılıb.

Xatırladaq ki, bir qədər əvvəl Ukrayna öz ərazisi ilə Türkiyədən Rusiyaya yumurtanın tranzitinə qadağa qoyub. Ukraynanın Dövlət Veterinar və Fitosanitar Xidməti həmin yumurtaların ölkə üçün təhlükə yaratdığını bəyan edib.
Nəticədə Rusiyanın kənd təsərrüfatına nəzarət qurumu xarici ticarətlə məşul olanlara tövsiyyə edib ki, belə məhsulların Rusiyaya gətirilməsi üçün alternativ marşrutlardan istifadə etsinlər. (fins.az)



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu