Dövlət kiçik sahibkarlara zamin durdu- TƏHLİL

Xəbərin çap versiyası
Tarix: 6-12-2017, 10:50    |    Xəbər oxunub: 523 dəfə
Dövlət kiçik sahibkarlara zamin durdu-


Məlumdur ki, hökumətin iqtisadi kursunda sahibkarlığın inkişafı əsas prioritet təşkil edir. Bu gün Azərbaycanda iqtisadiyyatının 80%-dən çox hissəsi özəl sektorun hesabına formalaşır. Bu, özlüyündə müsbət faktordır.

İnkişaf etmiş ölkələrdə kiçik və orta sahibkarlıq iqtisadiyyatda aparıcı rol oynayır. Başqa sözlə desəm, iqtisadi artımın lokomotivini təşkil edir. Bizdə isə dövlətin gördüyü bütün işlərə rəğmən, kiçik və orta sahibkarlıq təəssüf ki, istənilən səviyyədə inkişaf etməyib. Ən böyük mənfi cəhət də məhz budur.

Özü də bu, təkcə maliyyə məsələsiylə bağlı deyil. Ölkədə Sahibkarlığıa Kömək Milli Fondu (SKMF) fəaliyyət göstərir. Onun xətti ilə sahibkarlara kredit şəklində vəsait ayrılır. Hər il həmin vəsaitin həcmi artırılır. Bu, böyük maliyyə dəstəyidir. Dünyanın heç bir ölkəsində bu cür dəstək yoxdur. Bu günə qədər sahibkarlığın inkişafı üçün Azərbaycan hökuməti milyardlarla vəsait xərcləyib.

Lakin real mənzərə tam ürəkaçan deyil. O mənada ki, kiçik və orta sahibkarlıq istənilən səviyyədə inkişaf etməyib. Kiçik və orta sahibkarlığın ümumi daxili məhsulda payı 50%-dən yuxarı təşkil etməlidir. Buna da ilk növbədə aqrar sektorda nail olmaq lazımdır. Odur ki, ölkəmizdə qeyri-neft sektorunun inkişafında kənd təsərrüfatı prioritet elan edilib.

Bugünlərdə Prezident “Azərbaycan Respublikasının Kredit Zəmanət Fondu” Açıq Səhmdar Cəmiyyətinin fəaliyyətinin təmin edilməsi haqda Fərman imzalayıb. Bu, ölkədə kiçik və orta sahibkarlığı inkişaf etdirmək üçün tələb olunan müvafiq əlverişli mexanizmlərin təşkili üçün son vaxtlar ardıcıl olaraq atılan addımların davamıdır.

Yeri gəlmişkən, bu məsələ ilk dəfə məhz, ölkədə kənd təsərrüfatının inkişafı ilə bağlı əlavə tədbirlər silsiləsində özünü göstərmişdi. Xatırladım ki, bu ilin aprelin 11-də dövlət başçısı kənd təsərrüfatının inkişafı ilə bağlı əlavə tədbirlər haqda Sərancam imzalayıb. Bundan əvvəl isə ölkə Prezidentinin 6 dekabr 2016-cı il tarixdə imzaladağı 1138 nömrəli Fərman ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında kənd təsərrüfatı məhsullarının istehsalına və emalına dair Strateji Yol Xəritəsi” var idi. Elə ölkədə kənd təsərrüfatının inkişafı ilə bağlı əlavə tədbirlər haqda sərəncam da kənd təsərrüfatı məhsullarının istehsalı və emalına dair Xəritənin “Maliyyəyə çıxışın asanlaşdırılması” sərlövhəli 3-cü strateji hədəfində nəzərdə tutulan prioritetlərdə əhatə olunan tədbirlərin həyata keçirilməsini sürətləndirmək məqsədi güdürdü. Çünki sözügedən sərəncamda da qeyd olunurdu ki, kənd təsərrüfatı sahəsi üzrə maliyyələşdirmə mexanizmlərini təkmilləşdirmək, aqrar sığortanı inkişaf etdirmək və aqrar sahəyə investisiya qoyuluşlarını təşviq etmək məqsədilə qərara alınır. Kənd təsərrüfatı sahəsi üzrə maliyyələşdirmə mexanizmlərinin təkmilləşdirilməsi ilə bağlı prioritet isə kənd təsərrüfatının maliyyə resurslarına tələbatı üzrə hədəfləri müəyyənləşdirmək, kredit zəmanəti fondu yaratmaq kimi məsələlərin həlli imkanına baxmağı tələb edirdi.

Kredit Zəmanət Fondu “Azərbaycan Respublikasında sahibkarların maliyyə resurslarına çıxış imkanlarının genişləndirilməsinə dövlət dəstəyi ilə bağlı bir sıra tədbirlər haqqında” Prezidentin 2017-ci il 15 sentyabr tarixli Fərmanına əsasən yaradılıb. Belə bir qurumun təşkil olunmasına çoxdan ehtiyac vardı. Çünki bu, sahibkarlığın aşağı təbəqəsinin inkişafı üçün tələb olunan şərtlətdən biri sayılırdı. Həmin Fərmanda da qeyd edilir ki, Fond sahibkarların müvəkkil banklardan manatla aldıqları kreditlərə təminat və ölkə Prezidentinin müəyyən etdiyi hallarda və qaydada həmin kreditlərə hesablanmış faizlərin bir hissəsinə subsidiya verən hüquqi şəxs sayılır.

Fondun fəaliyyətinin təmin edilməsi haqda Prezidentin bayaq qeyd etdiyim, yəni 29 noyabr 2017-ci il tarixdə imzaladığı Fərmanla isə sözügedən qurumun Nizamnaməsi ilə strukturu və sahibkarlar tərəfindən manatla alınan kreditlərə təminat, həmçinin kreditlərə hesablanmış faizlərə görə subsidiya verilməsi qaydaları təsdiq edilib.

Qeyd oluna bilər ki, SKMF vardı və bu mövcud olduğu halda belə bir qurumun yaradılmasına ehtiyac nədən irəli gəlirdi?! Məsələ ondadır ki, SKMF-nin fəaliyyəti deməyə əsas verir ki, ölkədə kiçik və orta sahibkarların mövcud maliyyə resurslarına çıxışı heç də qənaətbəxş deyil və bunu sözügedən kateqoriya üzrə sahibkarlığın ümumi inkişaf səviyyəsi də aşkar şəkildə sübut etməkdədir. Bu da ondan irəli gəlir ki, kiçik və orta sahibkarların kreditləşdirilməsi sahəsində müvafiq təminat, zəmanət olmadığından risk həddi yüksək səviyyədədir. Bəs, bunu kim təmin etməli idi? Təbii ki, dövlət...

Məhz dövlət kiçik və orta sahibkarlığın inkişafı qayğısına qalmalı olduğundan, sərbəst maliyyə vəsaitlərinə çıxışın asanlaşdırılması vəzifəsini də həll etməyə məhkum sayılırdı. Nizamnamədə qeyd olunduğu kimi qurumun bütün səhmlərinin ilkin mərhələdə dövlətə məxsus olacağı faktı da bundan irəli gəlir.

O ki qaldı, Fondun təsdiq olunmuş sahibkarlar tərəfindən manatla alınan kreditlərə təminat, həmçinin kreditlərə hesablanmış faizlərə görə subsidiya verilməsi qaydalarına, sözsüz, bəzi detallar nisbətən ağır və mükəmməl görünməyə bilər. Ancaq biz, iqtisadiyyatın real vəziyyətini, mövcud maliyyə və biznes şəraitini, o cümlədən, bank sistemi və digər əlaqəli sektorlarda durumu da nəzərə almalıyıq. Və bu nöqteyi-nəzərdən, təsbiq olunmuş qayda və şərtləri hələlik məqsədəuyğun hesab etməliyik. Yəni, zaman keçdikcə bunlar dəyişməlidir və dəyişəcəklər.

Ümumiyyətlə, müvafiq inkişaf səviyyəsindən asılı olaraq kreditlərə təminan və faizlərə əsasən subsidiyalaşdırma mexanizmi istər-istəməz təkmilləşdiriləcək. Əsas odur, sözügedən məsələ üzrə zəmanət ölkədə qeyri-neft sektorunda fəaliyyət göstərən və bilavasitə sahibkarlıq fəaliyyətinin maliyyələşdirilməsi məqsədilə müvəkkil banka kredit sifarişi ilə müraciət edən sahibkarların öhdəlikləri üzrə veriləcək. Bu isə kiçik və orta sahibkarlığın inkişafı üçün əlavə stimul olacaq. Başqa sözlə desəm, dövlət və hökumət sözügedən kateqoriyadan olan sahibkarların maliyyə resurslarına çıxışlarında tramplin rolunu oynayacaq.

Pərviz HEYDƏROV, Azvision



AFN.az
Redaksiyamızla əlaqə: tel; 055 260 69 84, e-mail afn.news@mail.ru




Diqqətinizi çəkə biləcək digər xəbərlər
Bakıya 20 ədəd avtobus gətirilib-

Bakıya 20 ədəd avtobus gətirilib- FOTOLAR

Diaspor rəhbəri Ukraynanın aparıcı KİV nümayəndələri ilə görüşdü-

Diaspor rəhbəri Ukraynanın aparıcı KİV nümayəndələri ilə görüşdü- FOTOLAR

Silahlı Qüvvələrin rəhbər heyətinin toplantısı keçirilir-

Silahlı Qüvvələrin rəhbər heyətinin toplantısı keçirilir- FOTOLAR

MŞ sədri Tiflisdə beynəlxalq toplantıda iştirak edib

MŞ sədri Tiflisdə beynəlxalq toplantıda iştirak edib

"Bakcell"ə Qərbi Kaspi Universiteti arasında əməkdaşlıq memorandum imzalanıb- FOTOLAR

Kərəm Həsənov Ağcabədidə vətəndaş qəbulu keçirib

Kərəm Həsənov Ağcabədidə vətəndaş qəbulu keçirib

Gəncəyə qarşı təxribat xarakterli yazıların SİFARİŞÇİSİ bəlli oldu-

Gəncəyə qarşı təxribat xarakterli yazıların SİFARİŞÇİSİ bəlli oldu- “Şikayətçilərin” XAÇ ATASI var imiş

Patent və Əmtəə Nişanları Mərkəzi 2017-ci il üzrə “UĞUR” Milli Mükafatının laureatı elan edilib

Patent və Əmtəə Nişanları Mərkəzi 2017-ci il üzrə “UĞUR” Milli Mükafatının laureatı elan edilib

ATMU-da “Turizm biznesi: təhsildən karyera doğru” adlı tədbir keçirilib-

ATMU-da “Turizm biznesi: təhsildən karyera doğru” adlı tədbir keçirilib- FOTOLAR

Hava dumanlı və çiskin olacaq...

Hava dumanlı və çiskin olacaq...

Xırdalanda 17 mərtəbəli bina yanır, sakinlər köməksiz vəziyyətdə qalıb-

Xırdalanda 17 mərtəbəli bina yanır, sakinlər köməksiz vəziyyətdə qalıb- FOTOLAR-YENİLƏNİB

Diqqət! Cəriməsi olan sürücülərə qadağa gəlir

Diqqət! Cəriməsi olan sürücülərə qadağa gəlir

    Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.
    Təsisçi və baş redaktor Səbuhi Qafarov, baş direktor Həbibə Abdulla.
 

Copyright © 2012-2017 AFN.az Bu layihə AFN MMC məhsuludur