Azərbaycan və Gürcüstan Akkreditasiya Mərkəzi arasında əməkdaşlıq memorandumu imzalanıb


Azərbaycan və Gürcüstan Akkreditasiya Mərkəzi arasında əməkdaşlıq memorandumu imzalanıb


Tbilisi şəhərində Azərbaycan Akkreditasiya Mərkəzi ilə Gürcüstan Akkreditasiya Mərkəzi arasında əməkdaşlığa dair memorandum imzalanıb. Sənədi Azərbaycan tərəfdən mərkəzin Baş direktoru v.i.e. Sabiq Abdullayev, Gürcüstan tərəfdən Gürcüstan Akkreditasiya Mərkəzinin Baş direktoru Paata Gogolidze imzalayıb.



Memorandum çərçivəsində tərəflər akkreditasiya fəaliyyətinin izlənilməsi, personalın təhsili və ixtisasının artırılması, məlumat mübadiləsinin aparılması, uyğunluğun qiymətləndirilməsi orqanlarının akkreditasiyası mövzusunda konfranslar, tematik seminarlar, birgə tədbirlərin təşkil edilməsi, akkreditasiya sahəsində beynəlxalq standartların tətbiqi üzrə təcrübə mübadiləsinin aparılması, akkreditasiya edilmiş laboratoriyaların laboratoriyalararası müqayisələrdə və ixtisas yoxlamaları proqramlarında iştirakına yardım edilməsi məsələlərində əməkdaşlıq edəcəklərinə dair razılığa gəliblər.

Artıq bununla bağlı ilk təcrübə mübadiləsi proqramı icra olunub. Gürcüstan Akkreditasiya Mərkəzinin dəvəti ilə mərkəzin Laboratoriyaların akkreditasiyası departamentinin əməkdaşları Tbilisiyə səfər ediblər.

Səfər zamanı iştirakçılara Gürcüstan Akkreditasiya Mərkəzinin Baş direktorunun müavini, eyni zamanda qurumun keyfiyyət üzrə meneceri Malxaz Xarebava tərəfindən təşkilatın strukturu, iş prinsipləri və fəaliyyəti, keyfiyyəti idarəetmə sistemi, ekspertlər bazasının formalaşdırılması, akkreditasiya üzrə beynəlxalq və regional təşkilatlarda təmsilçiliyi barədə ətraflı məlumatlar verilib, habelə Gürcüstanın milli orqanı tərəfindən akkreditasiya prosesinin (akkreditasiyaya dair müraciətin qəbulu, qiymətləndirmə mərhələsinin təşkili, qərarları qəbuletmə mexanizmi, reyestrin aparılması və s.) həyata keçirilməsi geniş şəkildə izah edilib.

Məlumat üçün bildirək ki, “Azərbaycan Akkreditasiya Mərkəzi” publik hüquqi şəxsi Prezident İlham Əliyevin 10 fevral 2017-ci il tarixli, 1234 nömrəli Fərmanına əsasən Standarlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi tərəfindən təsis edilib. Mərkəz akkreditasiya üzrə prinsip və qaydalara riayət edilməsi, uyğunluğun qiymətləndirilməsi (təsdiqi) qurumlarının akkreditasiyası sahələrində fəaliyyəti həyata keçirən milli orqandır.

Azərbaycan və Gürcüstan Akkreditasiya Mərkəzi arasında əməkdaşlıq memorandumu imzalanıb
Azərbaycan və Gürcüstan Akkreditasiya Mərkəzi arasında əməkdaşlıq memorandumu imzalanıb



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu