Lənkəranda “Azərbaycanda iqtisadi islahatlar: Nailiyyətlər və perspektivlər” mövzusunda regional ictimai müzakirə keçirilib


Lənkəranda “Azərbaycanda iqtisadi islahatlar: Nailiyyətlər və perspektivlər” mövzusunda regional ictimai müzakirə keçirilib


Azərbaycan Respublikası İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi “Azərbaycanda iqtisadi islahatlar: Nailiyyətlər və perspektivlər” mövzusunda növbəti regional ictimai müzakirə keçirib. Lənkəran şəhərində reallaşan tədbirdə cənub bölgəsinin Lənkəran, Astara, Cəlilabad, Lerik, Masallı və Yardımlıdan olan 200-dən artıq sahibkar, bələdiyyə və ictimaiyyət nümayəndəsi iştirak edib.



Müzakirələrdən öncə ümummilli lider Heydər Əliyevin abidəsi ziyarət edilib və abidə önünə gül dəstələri qoyulub. Tədbir iştirakçılarını Lənkəran şəhər icra hakimiyyətinin başçısı Taleh Qaraşov salamlayıb. O bildirib ki, Lənkəran iqtisadi rayonu çay, çəltik və sitrus meyvələri, baramaçılığın eləcə də digər sahələrin inkişaf etdirilməsi baxımından Azərbaycanda öndə gedən bölgələrdəndir. İqtisadi cəhətdən çox əhəmiyyətli və gəlir gətirən sahələr olduğu üçün dövlət başçısının da bu sahəyə xüsusi diqqət və qayğısı var.

Daha sonra söz Azərbaycan Respublikası Prezidentinin iqtisadi siyasət və sənaye məsələləri üzrə köməkçisi xidmətinin sektor müdiri Elxan Mikayılova verilib.

Elxan Mikayılov bildirib ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə aparılan iqtisadi islahatlar bölgələrdə iqtisadi aktivliyin artırılmasına və investisiya cəlbediciliyinin yaxşılaşdırılmasına imkan verib. Makroiqtisadi sabitliyin təmin olunması, investisiya və biznes mühitinin daha da yaxşılaşdırılması, qanunvericilik bazasının təkmilləşdirilməsi, dövlət tərəfindən sahibkarlara hərtərəfli dəstək verilməsi istiqamətində görülən tədbirlər bölgələrə daha çox investisiya cəlb etmək imkanı yaradıb. Regionların bu şəraitdə yetərli səviyyədə bəhərlənməsi zəruridir. Sektor müdiri həmçinin əlavə edib ki, Strateji yol xəritələrinin uğurlu icrası regionların sosial iqtisadi inkişafı üçün yeni imkanlar yaradır.

Prezident İlham Əliyevin rəhbərliyi ilə aparılan islahatlar nəticəsində bölgələrdə, eləcə də Lənkəranda görülən işlər ümumlikdə Azərbaycanın inkişaf dinamikasını əks etdirir. Davamlı və dönməz şəkildə bir neçə istiqamət üzrə aparılan islahatlar nəticəsində infrastruktur layihələri sürətlə icra edilir. Makroiqtisadi sabitliyin təmin olunması ilə investisiya və biznes mühitinin daha da yaxşılaşdırılması, qanunvericilik bazasının təkmilləşdirilməsi, dövlət tərəfindən sahibkarlara hərtərəfli dəstək verilməsi istiqamətində bir sıra mühüm qərarlar qəbul edilib. Bundan başqa kənd təsərrüfatı layihələrinin icrası, müasir texnologiyaların cəlb olunması bölgələrin iqtisadiyyatına, eyni zamanda, ixrac potensialına da müsbət təsir göstərir.

Müzakirələr zamanı İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin Azexport portalının meneceri Zaur Qardaşov Azexport portalının fəaliyyəti, son dövrlərdə əldə etdiyi uğurlar, eləcə də “BİR PƏNCƏRƏ” İxraca Dəstək Mərkəzi barədə geniş məlumat təqdim edib. İqtisadiyyat nazirliyinin sektor müdiri Fariz Əhmədov isə təmsil etdiyi qurumun bu bölgə üzrə gördüyü işləri əhatə edən “Sahibkarlığın inkişafının dəstəklənməsi, biznes mühitinin yaxşılaşdırılması istiqamətində həyata keçirilən islahatlar və əldə edilmiş nəticələr” mövzusunda təqdimatla çıxış edib. Tədbirdə Milli Məclisin Komitə sədri Hadı Rəcəbli, Vergilər nazirliyinin 6 saylı ərazi Vergilər Departamentinin Baş direktoru Ədalət Fərəcov və Kənd Təsərrüfatı nazirliyinin regional nümayəndələri iştirak edib. Çıxışlar yekunlaşdıqdan sonra sahibkarları, bələdiyyə və ictimaiyyət nümayəndələrini maraqlandıran suallara cavablar verilib. Müzakirələr “Azərbaycanda iqtisadi islahatlar: Nailiyyətlər və perspektivlər” mövzusunda regional ictimai müzakirələr ölkədə aparılan islahat prosesinin daha geniş ictimaiyyətə çatdırılması, birbaşa dialoqların təşkil olunması, məlumatlılığın və maariflənmənin təmin edilməsi, dövlət-özəl dialoqun güclənməsinə töhfə vermək məqsədi ilə keçirilir.

Qeyd edək ki, iqtisadi islahat prosesi ilə bağlı regional müzakirələr Azərbaycanın bütün bölgələrini əhatə edir. İndiyə qədər Ağdam, Şəki, Quba, İsmayıllı, Gəncə, Sumqayıt, Şirvan da 1500-də artıq nümayəndə ilə regional müzakirə keçirilib.

Lənkəranda “Azərbaycanda iqtisadi islahatlar: Nailiyyətlər və perspektivlər” mövzusunda regional ictimai müzakirə keçirilib
Lənkəranda “Azərbaycanda iqtisadi islahatlar: Nailiyyətlər və perspektivlər” mövzusunda regional ictimai müzakirə keçirilib
Lənkəranda “Azərbaycanda iqtisadi islahatlar: Nailiyyətlər və perspektivlər” mövzusunda regional ictimai müzakirə keçirilib
Lənkəranda “Azərbaycanda iqtisadi islahatlar: Nailiyyətlər və perspektivlər” mövzusunda regional ictimai müzakirə keçirilib
Lənkəranda “Azərbaycanda iqtisadi islahatlar: Nailiyyətlər və perspektivlər” mövzusunda regional ictimai müzakirə keçirilib
Lənkəranda “Azərbaycanda iqtisadi islahatlar: Nailiyyətlər və perspektivlər” mövzusunda regional ictimai müzakirə keçirilib
Lənkəranda “Azərbaycanda iqtisadi islahatlar: Nailiyyətlər və perspektivlər” mövzusunda regional ictimai müzakirə keçirilib



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu