Pambığın fermerlərdən alış qiyməti 100 manat artırıldı


Pambığın fermerlərdən alış qiyməti 100 manat artırıldı


Kənd Təsərrüfatı Nazirliyi gələn ildən pambığın alış qiymətlərini artıracaq. Bu barədə nazirliyin mətbuat katibi Murtuzəli Hacıyev məlumat verib.

Onun sözlərinə görə, prezidentin 13 iyul 2017-ci il tarixli, 3082 №-li Sərəncamı ilə “Azərbaycan Respublikasında pambıqçılığın inkişafına dair 2017-2022-ci illər üçün Dövlət Proqramı” təsdiq edilib. İqtisadiyyat və Kənd Təsərrüfatı nazirliklərinin rəhbərliyinin iştirakı ilə pambıq istehsalı və emalı ilə məşğul olan “MKT İK” MMC və “CTS AQRO” MMC-nin nümayəndələri ilə görüş keçirilib. Görüşdə pambıq yığımının gedişi, tədarükü və emalı vəziyyəti, eləcə də qarşıya qoyulan hədəflərə nail olunması üçün 2018-ci ildə həyata keçirilməsi vacib olan məsələlər müzakirə edilib.

Pambıq əkən fermerlərin məhsul istehsalına həvəsləndirilməsi və onların maddi rifahının daha da yüksəldilməsi məqsədilə pambığın növlər üzrə mövcud alış qiymətlərinin hər ton üçün 100-110 manat artırılması qərara alınıb.

Pambığın bir tonunun alış qiyməti:

2017-ci ildə 2018

1-ci növ 500 manat 600 manat

2-ci növ 470 manat 580 manat

3-cü növ 440manat 540manat

4-cü növ 400 manat 500 manat. (Virtualaz)



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu