Azərbaycanda qızıl və gümüş hasilatı artıb


Azərbaycanda qızıl və gümüş hasilatı artıb


Azərbaycanda bu ilin yanvar-noyabr aylarında 5 669,0 kq qızıl hasil olunub ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 3,2 dəfə çoxdur. Gümüş hasilatı isə illik müqayisədə 67,9% artaraq 566,8 kq təşkil edib.

Dövlət Statistika Komitəsinin məlumatında deyilir ki, 2017-ci il 1 dekabr tarixinə hazır qızıl ehtiyatı 63,5 kq, gümüş ehtiyatı 73,5 kq olub.

Qeyd edək ki, hazırda Azərbaycanda qızıl Daşkəsən (“AzerGold” QSC tərəfindən) və Gədəbəy (Böyük Britaniyanın "Anglo-Asian Mining” şirkəti tərəfindən) rayonlarında hasil olunur.

“Anglo-Asian Mining” Azərbaycanda 1997-ci il avqustun 21-də imzalanmış PSA (Production Sharing Agreement/Hasilatın Pay Bölgüsü) tipli müqavilə çərçivəsində hasilatla məşğul olur. Müqavilə 6 yatağın - Naxçıvanda 1, Gədəbəydə 2, hazırda erməni işğalı altında olan Kəlbəcər və Zəngilanda 3 yatağın işlənməsini nəzərdə tutur. Müqavilədə Azərbaycanın payı 51%, B.Britaniya şirkətinin payı 49% təşkil edir.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu